Kəlbəcərdəki hadisə ATƏT PA-nın MÜZAKİRƏSİNDƏ

16:25 11-06-2021 | icon 170 | Siyasət
Kəlbəcərdəki hadisə ATƏT PA-nın MÜZAKİRƏSİNDƏ

İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

 

ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib.

 

Azay Quliyev çıxışında Kəlbəcərdə iki nəfəri jurnalist olmaqla 3 nəfərin minaya düşərək həlak olmasını iştirakçılarının diqqətinə çatdırıb.

 

Bu günə qədər 140 azərbaycanlının minalardan ciddi xəsarət aldığını, 27 nəfərin isə həlak olduğunu bildirib.

 

O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.

 

İclasda həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə edilib.

 

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

 

Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

 

 

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb