"Pensiyası kəsilənlərə iş təklif etmək zərurətdir"

18:18 11-06-2021 | icon 213 | Cəmiyyət
"Pensiyası kəsilənlərə iş təklif etmək zərurətdir"

Razi Nurullayev: "Ucdantutma pensiyalarını dayandırırıq, bəs əvəzində nə təklif edirik?"

 

"Ən azı 17 min insanın pensiyası dayandırılıb. Bu, artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Razi Nurullayev vurğulayıb ki, 17 min insan ailə üzvləri ilə birlikdə 50-60 min insan deməkdir. Saxta yollarla pensiya almaları onların günahı deyil:
 
 
"Tələb təklif doğurur. Şəffaflığı anladıq. Anlamadığım, bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır. Necə yaşayacaqlar? Loru el dilində deyə bilmərik ki “canın çıxardı, gözün də ovcuna düşərdi” rüşvətlə pensiya düzəltməzdin. Adam öldürən cinayətkarı belə, çölə atmırıq axı. İsti yorğan-döşək, gündə 3 dəfə isti yemək və digər xidmətlər. Yaxşı, biz insanların ucdantutma pensiyasını dayandırırıq, bəs əvəzində nə təklif edirik? Bu adam 5-10 il belə yaşayıb və düzənini qurub. Gəliri kəsilən kimi dönüb olur lüt. Buna sevinəkmi? Sevinək ki, yüz minə yaxın insan özünə yeni qazanc yeri tapana kimi lüt qalacaq?"
 
 
Deputat qeyd edib ki, kəsib atmaq asandır, tikmək çətindir, vurmaq asandır, sığal çəkmək istək istər, tutub almaq asandır, əlini cibinə salıb kiməsə nəsə vermək ürək istər:
 
 
"Onun üçün də pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri olan iş təklif etmək vacibdir. Vacib deyil, zərurətdir. Özümüzü onların yerinə qoyaq, heç bir dəqiqə də onların yerində olmaq istəmərik".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb