Xalq artisti dünyasını dəyişdi

10:22 08-11-2018 | icon 106 | Cəmiyyət
Xalq artisti dünyasını dəyişdi

 

Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova dünyasını dəyişib.

 

Versus.Az-ın məlumatına görə, teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycanın Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Milli Məclisin deputatı, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub.

 

1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.

 

1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyasının Birinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

 

Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

 

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, ali məktəbin professoru olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

Açıq-saçıq geyinmək dəb deyil - Modelyer izah edir

Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

Polis leytenantı özünü güllələdi

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi