Kivilərdə zərərli orqanizmlər aşkarlandı

16:51 08-11-2018 | icon 133 | Gündəm
Kivilərdə zərərli orqanizmlər aşkarlandı

 

İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə gətirilən kivilərdə zərərli orqanizmlərdən olan "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

 

Qida Təhlükəsizliyi Agentliyindən Versus.Az-a verilən məlumata görə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

 

Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

 

Qeyd edək ki, "tut qalxanlı yastıcası" kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vurur. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.

Xəbər lenti

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

Avropa Gənclər Olimpiya Festivalının (EYOF) Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının birinci günündə sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) Azərbaycan milli komandasının dördüncü medalını qazanıb. Trend-in məlumatına görə, finalda italiyalı Simone Vinçenzo Piroddu ilə qarşılaşan pəhləvanımız 5:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində bürünc medalları macarıstanlı Benedek Kiss və rusiyalı Maqomedemi Eltemirov qazanıblar. Qeyd edək ki, Ə.Nəsirov finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb. Beləliklə, güləşçilərimiz Festivalı birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

Polis leytenantı özünü güllələdi

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi