Şirkət rəhbəri axtarışa verildi

18:09 05-07-2021 | icon 105 | Hadisə
Şirkət rəhbəri axtarışa verildi

Baş Prokurorluğa bir neçə vətəndaşın “Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimovun 70-ə yaxın şəxsi aldadaraq Avropada işə düzəltmək adı altında pul almaqla dələduzluq etməsi barədə müraciətlər daxil olub.

 

Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilən müraciətlər Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyündən, həmin faktla bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi İstintaq idarəsinə tapşırılıb.

 

Toplanmış ilkin sübutlar əsasında 05.07.2021-ci il tarixdə Orxan İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmadığından barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

 

“Go Europe” şirkətinin vəzifəli şəxslərinin dələduzluq əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI