Xarici diplomların tanınması prosesində YENİLİK

12:50 06-07-2021 | icon 556 | Təhsil
Xarici diplomların tanınması prosesində YENİLİK

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması prosesi ilə bağlı ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə istifadə rahatlığı parametri üzrə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edir.

 

Bu barədə Versus.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. 

 

Belə ki, agentlik müasir dizaynda yeni veb saytını (www.tkta.edu.az) vətəndaşların xidmətinə təqdim edib. Təqdim olunan veb sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb.

 

Əlavə olaraq, agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.

 

Agentlik vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır. Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.

 

Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

YAP-dan qovuldu

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“Üç qardaş - 2021” TƏLİMLƏR BAŞLAYIR

Türkiyədə Mardin sakinlərinə küçəyə çıxma qadağası qoyuldu

Ərdoğan ağladı