Şuşada rəsm sərgisi açıldı

16:30 06-07-2021 | icon 109 | Qarabağ
Şuşada rəsm sərgisi açıldı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.az-a verilən məlumata görə, sərgidə ABŞ-da doğulan və yaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilib.

 

Sərginin açılış mərasimində yerli ictimaiyyət nümayəndələri, Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tural Gəncəliyev Şuşada keçirilən sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndəsi Elmira Əliyeva isə bildirib ki, bənzər tədbirlər Azərbaycan-ABŞ arasında mədəni körpü rolunu oynayır. İştirakçılar xalqımız və dünya azərbaycanlıları üçün müqəddəs şəhər sayılan Şuşada olduqlarından qürur hissi keçirdiklərini vurğulayıblar.

 

Gənc rəssam Şuşanın işğaldan azad olunmasına həsr etdiyi "Şuşa, sən azadsan!" adlı rəsm əsərini mədəniyyət paytaxtının rəsmi nümayəndəliyinə hədiyyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır