Sülhü, sabitliyi möhkəmləndirəcək daha yaxşı ŞANS

09:17 07-07-2021 | icon 141 | Siyasət
Sülhü, sabitliyi möhkəmləndirəcək daha yaxşı ŞANS

Fuad Əliyev: "Bu, dövlətlərin azad edilmiş ərazilərimizə əhəmiyyətli sərmayələr cəlb edəcək"

 

Xəbər verildiyi kimi, iyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib. Ermənistanın Ağdamın ardınca, işğaldan azad edilmiş daha iki rayonumuzun – Füzuli və Zəngilanın minalanmış ərazilərinin xəritələrini Azərbaycana təhvil verməsi son günlərin ən önəmli hadisələrindəndir. Azərbaycan artıq üç rayonun mina xəritələrini bu və ya digər ölkələrin vasitəçiliyi ilə Ermənistandan  almaqla  sübut edir ki, Ermənistanın bu xəritələri bizə verməkdən yayınmaq istəməsi sadəcə absurddur və bu məğlub ölkənin digər xəritələri də tez bir zamanda  tam və dəqiq şəkildə təhvil verməkdən başqa yolu yoxdur.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mina xəritələrinin təqdim olunmasının məskunlaşma prosesinin daha qısa müddətə reallaşacağına imkan verəcəyini bildirib.

 

Partiya sədri vurğulayıb ki, xəritələrin təqdim edilməsi ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, infrastruktur işlərinin gedişinə də müsbət təsir göstərəcək:

 

"Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı yeni bir təhlükə yaranmışdı. Və ən vacib məsələlərdən biri xəritələrin əldə edilməsi ilə insan itkisinin qarşısının alınmasıdır. Çünki son bir neçə ayda 100-dən çox azərbaycanlı bu minaların qurbanına çevrilərək həyatını itirib və ya yaralanıb.

 

ALDP sədri bildirib ki, ərazilərin minalardan təmizlənməsi regionda iqtisadi inteqrasiyaya təkan verəcək:

 

“Azərbaycan Türkiyə ilə bütün nəqliyyat və iqtisadi əlaqələri bərpa etmək üçün böyük fürsətdən istifadə və regional iqtisadiyyata inteqrasiya etməyə imkan vərəcək. Bölgədəki bütün nəqliyyat əlaqələrinin bərpa edilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın son bəndinin həyata keçirilməsinə doğru bir addımdır. Azərbaycan Türkiyə ilə birlikdə sülhü və sabitliyi möhkəmləndirmək üçün daha yaxşı bir şans verir. Hesab edirəm ki, bu,  Türkiyədən, ABŞ və Avropadan, eləcə də İsrail, Rusiya və Çin kimi dövlətlərin Azərbaycanın azad edilmiş ərazilərinə əhəmiyyətli sərmayələr cəlb edəcəkdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır