Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir

11:47 07-07-2021 | icon 99 | Siyasət
Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir

İyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin.

 

Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirir. Məlumata görə, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb.

buta elektroniks

O deyib ki, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Bu da Volodinə görə, “bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək.

 

Volodin habelə deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.

 

Kalaşnikovun sözlərinə görə, “hərçənd bu haqda danışmaq qəbul edilməyib”, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.

 

Qeyd edək ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması məsələsi əvvəllər də dəfələrlə gündəmə gəlib, amma hər dəfə Yerevanda deyiblər ki, onlar öz veto haqlarından istifadə edəcəklər. /Virtualaz.org/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI