Əlaqələndirmə Qərargahının üzvləri Qarabağa səfər edib

13:03 07-07-2021 | icon 141 | Qarabağ
Əlaqələndirmə Qərargahının üzvləri Qarabağa səfər edib

“Enerji təminatı məsələləri” və “Ekoloji məsələlər üzrə” işçi qruplarının üzvləri Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan 1” və “Suqovuşan 2” yarımstansiyalarına baxış keçirib. 

 

Versus.az xəbər verir ki, işçi qruplarının üzvləri burada görülən işlərlə yaxından tanış olub.

Daha sonra işçi qruplarının üzvləri Ağdama yola düşüblər. 

 

Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov işçi qruplarının üzvlərinə Ağdamın Baş Planı haqqında məlumat verib. 

 

Ağdamda keçirilən iclasda işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması, enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər, həmçinin ekoloji mühitin qorunması, uzun illər ərzində yaranan ekoloji problemlərin həlli məsələləri müzakirə edilib. Daha sonra işçi qrupun nümayəndələri “Ağdam 1” və “Ağdam 2” yarımstansiyalarına baxış keçiriblər. İşğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdamda da su təsərrüfatı infrastrukturunun tam dağıdıldığı, ekologiyaya ciddi ziyanların vurulduğu qeyd olunub. 

 

Qeyd edək ki, bu, Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin işçi qruplarının işğaldan azad olunan ərazilərdə keçirdikləri ilk iclas olub. Bu məqsədlə azad olunan ərazilərə mütəmadi səfərlərin təşkil ediləcəyi qeyd edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI