Milli Qəhrəmanın adına olan kücədə 20 gündür susuzdur

15:03 07-07-2021 | icon 84 | Sosial
Milli Qəhrəmanın adına olan kücədə 20 gündür susuzdur

Sumqayıt sakinləri su probleminə görə narazılıqlarını bildirirlər.

 

Versus.Az xəbər verir ki, bu barədə vətəndaşlar şikayət edib.

 

Vətəndaşlar bildirir ki, söhbət Sumqayıtda “Yaşıldərə” adlanan yaşayış massivindən gedir:

 

“Biz “Yaşıldərə” yaşayış massivində Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçənin 4-cü məhəlləsində, Xıdırlı məktəbi yolunda yaşayırıq. Burada yaşayan sakinlər artıq 20 günə yaxındır ki, susuzluqdan əziyyət çəkir. Yay günləri içməli su üzünə belə həsrət qalan sakinlər məcbur olub hər gün suyu qonşu məhəllələrdən vedrələrlə, qablarla daşıyırlar. Neçə vaxtdır ki, su borusu çəkilən məhəllə sakinləri demək olar hər yay bu əziyyətlə qarşılaşırlar. Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür. Bəlkə də başqa səbəblər də var, amma fakt odur ki, su gəlmir”.

 

Sakinlər iddia edir ki, problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt Şəhər Bələdiyyəsinə, yerli icra orqanlarına müraciət etsələr də onların problemi həllini tapmır:

“Bizim müraciətlərimiz cavabsız qalır, ya da qeyri-müəyyən müddətə uzadılır. Yalnız vədlər verilir. Yay günü aylarla susuz qalmaq dəhşətdir”.

 

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Yaşıldərədə yaşayan vətəndaşların şikayətləri ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib:

“Məsələ ilə bağlı ərazi üzrə sukanal idarəsinə müvafiq tapşırıqlar verilib. Məsələ araşdırılıb. Həmin ərazidə yüksəklikdə yerləşən bəzi yaşayış evlərinin içməli su təchizatında problem müşahidə olunub. Bununla bağlı zəruri tədbirlər həyata keçirilir”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI