"İcra hakimiyyətləri də ləğv edilsin"

20:38 07-07-2021 | icon 516 | Siyasət
"İcra hakimiyyətləri də ləğv edilsin"

Hafiz Hacıyev: "İcra başçıları şəhid ailəsini döyürlər, rayonlarda ağalıq edirlər"

 

“İcra başçıları rayonlarda atamanlıq edirlər. Onlar dövlət başçısının tapşırıqlarını yerinə yetirmirlər, bir anarxiya yaranıb. Heç kim heç kimin kitabını oxumur. Ona görə də Əhəd Abıyev kimilər adam da döyəcək”.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri İcra Hakimiyyətlərinin ləğv edilməsini məqsədəuyğun hesab etdiyini bildirib:
 
 
“Tək Əhəd olsa nə var ki, bunların hamısı o gündədir. Ümumiyyətlə, bu sahəyə rəhbərlik edən insanlar düşünməlidir ki, bu cür hərəkətlərə reaksiya verilməlidir, qəti fikir bildirilməlidir. Amma görünür, o sahəyə baxanlar da hələlik Azərbaycanda xaosun olmasını istəyirlər, o arzudadırlar və dövlət başçısını nüfuzdan salmaqdan ötrü bütün variantlara əl atırlar. Hər halda, qəti qərar qəbul olunmalı, tədbir görülməlidir. Rayonların hamısında bu vəziyyətdədir, nə bilirlər, onu da edirlər". 
 
 
H.Hacıyev hesab edir ki, rayon icra başçılarının yerlərdə qalması yersizdi, İcra Hakimiyyətləri artıq bir quruma çevrilib, çünki nə zavodu, nə də fabriki var:
 
 
"Heç bir şeyi yoxdursa, icra başçıları camaatı soymaqla, incitməklə məşğuldularsa, bu kimlərə lazımdır. Bu baxımdan rayon İcra Hakimiyyətləri ləğv edilməlidir, nümayəndəliklər olmalıdır. Otuz il icra başçısı işləmək olar?! Ona görə belə hərc-mərclik yaranıb. İcra başçıları şəhid ailəsini  döyürlər, rayonlarda ağalıq edirlər deyə xalq arasında böyük narazılıq yaranıb”.
 
 
Qeyd edək ki, dünən Daşkəsəndən olan bir qrup şəhid valideyni Müdafiə Nazirliyinin qarşısına gələrək icra başçıları Əhəd Abıyevdən şikayət ediblər.
Hətta şəhid analarından biri Əhəd Abıyevin onu döydüyünü bildirib. /moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır