Gürcüstanda Nizami Gəncəvi ilə bağlı tədbir keçirilib 

16:36 08-07-2021 | icon 137 | Cəmiyyət
Gürcüstanda Nizami Gəncəvi ilə bağlı tədbir keçirilib 

“Nizami Gəncəvinin Gəncədə doğulub, böyüyüb, orada vəfat etməsinə baxmayaraq, öz dahi əsərlərində bir çox mövzuları fəlsəfi fikirlərlə əks etdirib”.

 

Versus.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfəri çərçivəsində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbirdə çıxışı zamanı deyib.

 

O bildirib ki, bu, Nizami Gəncəvinin ensiklopedik biliklərə sahib olduğunun göstəricidir:

 

“Dahi Nizami Gəncəvinin heç vaxt Gəncəni tərk etməməsinə baxmayaraq, onun əsərləri çoxşaxəli olub. Əsərlərində istifadə etdiyi müdrik ifadələr, toxunduğu mövzular onun nə qədər geniş dünyagörüşünə malik olduğundan xəbər verir”. 

 

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze iştirak edib. 

 

O, çıxışı zamanı Nizami Gəncəvi irsini yüksək qiymətləndirib:

 

“Biz Nizami Gəncəvi yaradıcılığı ilə fəxr edirik. Dahi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqəli həm azərbaycanlı nümayəndələr, həm də Gürcüstanın mədəniyyət sahəsində çalışan nümayəndələri bir sıra rəsmi görüşlər keçirib”.

 

Tədbirdə N.Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən rəsm sərgisi keçirilib. Sərgidə azərbaycanlı və gürcü rəssamların dahi şair N.Gəncəviyə aid miniatür və rəsm əsərləri nümayiş olunub. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI