5 nəfərin öldüyü qəzanın başvermə SƏBƏBİ

17:13 09-07-2021 | icon 191 | Hadisə
5 nəfərin öldüyü qəzanın başvermə SƏBƏBİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

BDYP-dən verilən məlumata görə, 09 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən 218-ci km-də Zaqatala şəhər sakini 14.05.1970-ci il təvəllüdlü sürücü Nazim Əliəsgər oğlu Axundov idarə etdiyi "Mersedes Benz Vito111" markalı, 99-MK-091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Gədəbəy rayonu sakini 01.07.1984-cü il təvəllüdlü sürücü Səfxan Fərman oğlu Abdullayevin idarə etdiyi “Hovo” markalı, 21 BX 166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

 

Qəza nəticəsində "Mersedes Benz Vito111" markalı avtomobilin sürücüsü N.Axundov və sərnişinləri Balakən rayon sakini 25.07.1976-cı il təvəllüdlü Qoqayeva Nigar Əhməd qızı, Zaqatala rayon sakinləri 25.04.1984-cü il təvəllüdlü İbrahimova Tünzalə Bəkir qızı, 24.09.1985-ci il təvəllüdlü İbrahimov Eyvaz İbrahim oğlu, 13.11.2004-cü il təvəllüdlü Yusubov Yusuf Feyzulla oğlu hadisə yerində ölüb, Xaçmaz rayon sakini 17.04.2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Balakən rayon sakini 10.11.2010-cu il təvəllüdlü Hürü Abdusalam qızı Qoqayeva xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

 

İlkin ehtimala görə, qəzanın baş verməsinə "Mersedes Benz Vito111" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

İGİD
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI