Siyasətçi xanımdan narkotizmlə bağlı ÇAĞIRIŞ

09:17 12-07-2021 | icon 462 | Cəmiyyət
Siyasətçi xanımdan narkotizmlə bağlı ÇAĞIRIŞ

Könül İsmayılova: “Bəzi məmurların varlanmaq hərisliyi gəncliyimizi zəhərləyir”

 

Son vaxtlar narkotiklərin satışı, təbliği, narkotizmdə azyaşlıların əməyindən istifadə gündəmin mövzusuna çevrilib. Təəssüflə qeyd etməliyik ki, bəşəriyyətin bəlası olan narkotizm bizdən asılı olmayan səbəblər ucbatından bu gün Azərbaycanda da ən ağrılı problemlərdən birinə çevrilib. Bəs narkotizm bəlasına düçar olmuş ölkələr sırasında olmağımızın səbəbi nədir, niyə bunun qarşısını ala bilmirik.

 

Mövzuyla bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirdi ki, narkotik maddə istifadəsinin başlamasında şəxsiyyət xüsusiyyətləri və müəyyən anadangəlmə xüsusiyyətlər xüsusi rol oynayır.

 

Onun sözlərinə görə, həyəcan axtarışı, sosial adaptasiya problemləri yeniyetmə və gənclərdə spirtli içki və narkotik maddə istifadəsinə başlamağa səbəb olan faktorlardandır:

 

“Psixoaktiv maddələrdən asılılığı olan insanlardan danışarkən “yetkinləşməyən”, “nəfsinin qurbanı olan”, “özünə inamı olmayan və özünü olduğu kimi qəbul edə bilməyənlər”, “üsyankar”, “insanlarla münasibət qurmaqda çətinlik çəkən” və sair ifadələr işlədilir. Məlumdur ki, psixoaktiv maddələrdən istifadə bu cür maddələrin beyinə təsiri nəticəsində istədiyi vaxtda həzz almaq, bunun nəticəsində yetkinliyin məsuliyyət və çətinliklərindən qaçmaq istəyən şəxslər üçün “ən yaxşı yol və hədiyyədir”. Amma etiraf etmək lazımdır ki, bu gün ölkədə sosial-iqtisadi durumu korrupsiya girdabında boğan məmurlarımızın da bu cür zəif insanlar üzərində dolanışıqları var. Və onların varlanmaq hərisliyi gəncliyimizi zəhərləyə-zəhərləyə gedir”.

 

Bəs mübarizə necə aparılmalıdır? Artıq sosial şəbəkə vasitəsilə bu maddələrin alış-verişi aparıldığı təqdirdə ölkədə vəziyyət nədən xəbər verir?

 

K.İsmayılova bildirdi ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir ki, bunda da daha çox aidiyyəti qurumlar maraqlı olmalıdır:

 

“Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. Qurbanları isə əsasən azyaşlılar, gənclər, əzidəsi zəif olanlar olur. Statistik məlumatlara nəzər yetirsək, il əzində hər bir təcrübəli narkotik istifadəçisi orta hesabla dörd nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onu da deyim ki, onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər”.

 

Müşahidələr göstərir ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı ilbəil artmaqdadır:

 

“Yalnız filmlərdə deyil, real həyatda da belədir ki, narkotik həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü bu yola əl atır. Təbii ki, bu hal həmin şəxsin mənən çox zəif olmasından irəli gəlir. Ölkəmizdə isə bu cür gəncləri tora salaraq qaz vurub qazan doldurmaq istəyən xeyli məmur var. Düzdür, zaman-zaman onlar korrupsiya əməllərinə görə ifşa olunurlar, amma bu proses çox ləng gedir. O qədər ləng gedir ki, gənclərimiz arasında narkotizm sözün əsl mənasında tüğyan edir”.

 

 

 

MMP sədr müavini qeyd etdi ki, narkomanlıq dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir:

 

“Bu onunla izah oluna bilər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Xüsusilə təəssüfləndirici haldır ki, bu gün hər kəs bu bəlanın dərinliyini hiss etmir. Çox təəssüf ki, narkomaniyanın qarşısını almaq deyəndə daha çox gənclərlə işləmək nəzərdə tutulur. Amma bizim ən böyük işimiz ailələrlə olmalıdır. Çünki problemlərin mənbəyi ailədir. Təsəvvür edə bilmirəm ki, valideyn öz uşağının narkoman olduğunu hiss etməsin. Və narkomaniyaya aludə olanlar bilməlidirlər ki, onlar təkcə özlərini deyil, ailələrini, bütöv nəsli məhv edirlər”.

 

K.İsmayılova gəncliyin xilası üçün hər kəsi narkotizmlə bağlı mübarizəyə səslədi. Bildirdi ki, gənclər siyasətə cəlb edilməli, onlara bu cəmiyyət üçün nə qədər yararlı olmaları anlatılmalıdır:

 

“Özünü cəmiyyət üçün yararlı hesab edən gənc bu dövlətə xeyir verəcəyini bir şəxsiyyət olaraq hiss etməlidir. Nə qədər yararlı olduğunu hiss etdikcə, bir o qədər ətrafına sağlam düşüncəli insanları cəlb edəcəkdir və sağlam gəncliklə bağlı özü bir təbliğatçıya çevriləcəkdir”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Sunami XƏBƏRDARLIĞI