“Expressbank”dan hüquqi şəxslərə və fərdi sahibkarlara xüsusi təklif!

11:47 12-07-2021 | icon 61 | İqtisadiyyat
“Expressbank”dan hüquqi şəxslərə və fərdi sahibkarlara xüsusi təklif!

Əməkdaşlarınızı sevindirmək, onların işini rahatlaşdırmaq, əlavə gəlir qazanmaqları üçün imkan yaratmaq və üstəlik bütün bunları heç bir xərc çəkmədən etmək istəyirsinizsə bu təklif sizin üçündür!

 

“Expressbank” təqdim etdiyi yeni kampaniya çərçivəsində hüquqi şəxs və fərdi sahibkar müştərilərinə sayından asılı olmayaraq “Visa Expresso Salary” əmək haqqı kartlarını heç bir xidmət haqqı ödəmədən əldə etmək imkanı yaradır. Ən əsası isə, əmək haqqı kartlarına sahib olan əməkdaşlar ölkədaxili istənilən bankın bankomatından vəsaitlərini heç bir komissiya tutulmadan nağdlaşdıra biləcəklər. 

 

Bu da son deyil! “Expressbank” “Visa Expresso Salary” əmək haqqı kart sahiblərinə həm də əlavə gəlir qazanmaq imkanı yaradır. Belə ki, kartın debet qalığına illik 3 % gəlir hesablanacaq.

 

Bundan əlavə əmək haqqı kartları ilə istər onlayn istərsə də POS-terminal vasitəsi ilə “Expressclub” tərəfdaşlarında alış-veriş zamanı 30 %-dək “cashback”  qazanmaq da mümkündür.

 

Əmək haqqı kartına vəsaitin mədaxili zamanı isə SMS-məlumatlandırma xidməti tam pulsuzdur. 
Əməkdaşlarınızın qayğısına qalmaq üçün belə fürsəti əldən qaçırmayın.  

 

Ətraflı məlumat üçün “Expressbank”ın istənilən filialına yaxınlaşa və ya 132 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI