FHN rəsmisindən şəhid ailələrinə ÇAĞIRIŞ

12:26 12-07-2021 | icon 53 | Cəmiyyət
FHN rəsmisindən şəhid ailələrinə ÇAĞIRIŞ

“Psixoloji yardım üçün müraciət edənlərin 60 faizi müharibə iştirakçısı, 20-25 faizi isə müharibədən zərər görənlərdir”.

 

Versus.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva deyib.

 

O bildirib ki, ən az şəhid ailələri üzvlərindən müraciət daxil olub:

 

“Bu da bizim ənənədən irəli gəlir. Gündəlik işlərinə qayıtmaqda çətinlik çəkmələri, yuxusuzluq, iştah pozulmaları, depressiv vəziyyətdə olmalarını normal qarşılayırıq. Bizdə belə bir düşüncə var ki, əvvəlki həyat şəraitinə qayıtsalar, şəhidin xatirəsinə hörmətsizlik etmiş olarlar”.

 

X.Sofiyeva şəhid ailələrini psixoloji yardım almaq üçün çağırış edib:

 

“Şəhid olan insanlar Vətən üçün, torpaq üçün şəhid olublar. Onlar ailə üzvlərinin əziyyət çəkmələrini istəməzlər. Geridə qoyduqları övladlarının layiqincə böyüdülməsini istəyərlər. Ona görə, xahiş edirəm ki, psixoloji yardıma ehtiyac varsa, müraciət edin. Biz də əlimizdən gələn yardımı göstərək”.

 

Türkiyədən dəvət olunan psixoloq və psixoterapevt qrupunun rəhbəri Səlcuq Dəmirbaş isə bildirib ki, gündəlik 80-100 nəfərə psixoloji yardım göstərilib:


“İlk vaxtlar vəziyyət çox ağır idi. Şiddətli baş ağrıları, yuxusuzluq, stres və gələcəyə ümidsizlik müşahidə edilirdi. Müalicələr öz effektini göstərib. Yaxşı nəticələr əldə olunub. Hazırda müraciətlərin sayı xeyli azdır”.

 

Qeyd edilib ki, Gəncədə 225 nəfər, Bərdədə 245 vətəndaşa psixoloji yardım göstərilib. Eyni zamanda, Lənkəranda 144, Qəbələdə 125 nəfər qəbul edilib. Bu günə qədər Bakı ilə yanaşı 1800- qədər qazi, şəhid ailəsi üzvləri və terrordan zərər çəkən vətəndaşa yardım edilib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA