Polad Həşimovun xatirəsinə MUZEY

12:45 12-07-2021 | icon 117 | Şəhidlər və şahidlər
Polad Həşimovun xatirəsinə MUZEY

General-mayor Polad Həşimovun xatirəsinə muzey hazırlanır. 

 

Versus.az xəbər verir ki, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimovun xatirəsinə hazırlanan muzey təhsil aldığı 28 saylı tam orta məktəbdə yerləşəcək. 

 

Sumqayıt şəhər 28 saylı tam orta məktəbin ən geniş otaqlarından birinə P.Həşimovun əşyaları, keçdiyi şərəfli həyat yolu barədə məlumat lövhələri yerləşdiriləcək. Bu, təhsil müəssisəsində oxuyan şagirdlərə vətənpərvərlik mövzusunda örnək olacaq. 

 

İlkin məlumatlara görə Sumqayıt şəhər 28 saylı tam orta məktəbə general-mayor Polad Həşimovun adının verilməsi və məktəbdə onun büstünün qoyulması gözlənilir. 

 

Ayın 15-də Sumqayıt şəhərində Polad Həşimovun adını daşıyan küçəyə barelyefin quraşdırılması planlaşdırılır.

 

Qeyd edək ki, Polad Həşimovun Sumqayıtda yaşadığı binanın qarşısında abidə kompleksinin ucaldılması ilə bağlı işlər artıq başlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI