38 dərəcə isti olacaq

14:01 12-07-2021 | icon 47 | Cəmiyyət
38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-36 dərəcə olacaq. Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

 

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır