“Narazılığımızı, etirazımızı rəsmi şəkildə bu dövlətlərə bildirməliyik”

09:26 13-07-2021 | icon 88 | Siyasət
“Narazılığımızı, etirazımızı rəsmi şəkildə bu dövlətlərə bildirməliyik”

Fikrət Sadıqov: “Bu dövlətlərin diplomatik jestlərindən də imtina etməliyik”

 

“Bu üç dövlətin ölkəmizdəki səlahiyyətli səfirləri Şuşaya getməliydilər. Çünki bu dövlətlər 30 ildir bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupu dövlətləridirlər. Və məhz onların fəaliyyətsizliyi nəticəsində azad olunmuş torpaqlar erməni vandalizmi, vəhşiliyi nəticəsində tamamilə darmadağın edilib”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya, Fransa və ABŞ səfirlərinin Şuşaya səfərdən imtinası ilə bağlı şərhində politoloq Fikrət Sadıqov bildirib.

 

Politoloq qeyd edib ki, biz narazılığımızı, etirazımızı rəsmi şəkildə bu dövlətlərə bildirməliyik. Eləcə də cəmiyyət, media, QHT-lər səviyyəsində də etirazlarımız olmalıdır:

 

“Onlar başa düşməlidirlər ki, bu dövlətlərin bu hərəkətləri onların nüfuzuna bir zərbədir. Onların bu davranışı Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılanır, tənqid olunur”.

 

F.Sadıqov hesab edir ki, bu dövlətlərin bizə qarşı hansısa diplomatik jestlərindən də imtina etməliyik:

 

“Buna ehtiyacımız yoxdur. Torpaqlarımızı azad etmişik və bu gün bərpa edirik. Bu dövlətlərin post-müharibə dövründə fəaliyyət göstərərək, bizi barışdırmaq, delimitasiya prosesində vasitəçilik etmək kimi boş təklifləri də bizə lazım deyil. Biz bu məsələdə kifayət qədər sərt mövqe nümayiş etdirməliyik. Bu dövlətlərin hər hansı beynəlxalq təşəbbüsü də biz tərəfdən dəstəklənməməlidir. Çünki onlar başa düşməlidir ki, bizim mövqeyimiz bundan sonra da kifayət qədər sərt olacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır