Milyonlarla dəyəri olan ÇƏKİŞMƏ

13:50 13-07-2021 | icon 110 | Hadisə
Milyonlarla dəyəri olan ÇƏKİŞMƏ

Bakıda iş adamı məhkəməmin qərarından narazıdır.

 

Musavat.com xəbər verir ki, Nazim Tahirov deyir ki, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik və qanunla dəyişdirilməsi qadağan olunan qərarı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib.

 

N.Tahirov söyləyir ki, dövlətin ən yüksək ali qurumu olan Konstitusiya Məhkəməsinin qərarı icra edilmir.

 

Məlumata görə, “Biləcəri Təmir Qurаşdırmа” QSC 2015-ci ildə 16 saylı Trestə qarşı pul tələbi iddiası qaldırıb və məhkəmə iddianı təmin edərək trestin QSC-yə 6 milyon 468 min 936 manat ödəməsinə qərar verib.

 

N.Tahirov bildirir ki, bundan sonra borcun ödənilməsi üçün trestə məxsus 2100 ədəd borunun üzərinə həbs qoyulub. Daha sonra qiymətləndirmə aparan özəl şirkət boruların 2 milyon manat məbləğində olduğuna dair arayış verib.

 

Məhkəmə çəkişmələri bundan sonra da davam edib.

 

Ardınca “Cənnət Park” MTK şirkəti məhkəməyə müraciət edərək iddia edib ki, 2014-cü ildə 16 saylı trestin direktoruna 2 milyon manat borc verdiyini və həmin zaman bu boruların borc müqabilində girov qoyulduğunu iddia edib. Bu çəkişmə kassasiya instansiyasına kimi gedib çıxıb və 2017-ci il iyunun 30-da Ali Məhkəmə boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin əmlakı olduğuna dair qərar çıxarıb.

 

Proseslərin davamında “Cənnət Park” MTK boruların geri qaytarılması üçün məhkəmə iddiası qaldırıb. Birinci və ikinci instansiyalardan keçdikdən sonra 2019-cu il yanvarın 30-da Ali Məhkəmə iki il öncəki qərarının əleyhinə çıxaraq boruların “Cənnət Park”a verilməsinə qərar verib.

 

Daha sonra isə “Biləcəri Təmir Quraşdırma” QSC Ali Məhkəmənin bir-birinə zidd iki qərarının şərh edilməsi və hansı qərarın əsas götürülməsinin müəyyən edilməsini istəyib.

 

Konstitusiya Məhkəməsinin plenumu hakim Fərhad Abdullayevin sədrliyi ilə işə baxılıb və belə qərara gəlinib ki, Ali Məhkəmənin 20 yanvar 2019-ci il tarixli, yəni boruların “Cənnət Park” MTK-ya məxsus olması barədə qərar Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib. Pleniumun qərarında qeyd edilib ki, bu qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Həmçinin, işə yenidən baxılması barədə göstəriş verilib.

 

İşə yenidən Bakı Apellyasiya Məhkəməsinə baxılarkən hakim Cahangir Yusifov Konstitusiya Məhkəməsinin səhv qərar çıxardığı qənaətinə gələrək qət edib ki, borular “Biləcəri Təmir Qurаşdırmа” QSC-dən alınmalıdır.

 

Məhkəmə qərarından narazı qalan N.Tahirov ölkə rəhbərliyinə müraciət edib. Bir sahibkar kimi hüquqlarının bərpa olunmasını istəyir.

 

İş adamı söyləyir ki, Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilib ki, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir: “Aşağı məhkəmələr məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya almadığından Ədliyyə Naziriliyinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və bir çox Dövlət qurumlarına şikayətlər etsəm də, mənə heç bir cavab verilmir".

 

Qeyd edəkmki, bu iş üzrə növbəti məhkəmə prosesi iyulun 23-də Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə keçirilək. Musavat.com

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır