Əfqanıstanın bu rayonları  "Taliban"dan geri alınıb

13:56 13-07-2021 | icon 80 | Dünya
Əfqanıstanın bu rayonları  "Taliban"dan geri alınıb

Əfqanıstan Silahlı Qüvvələri və yerli özünümüdafiə dəstələri “Taliban” qruplaşmasının silahlılarını ölkənin Taciksitanla sərhəddə yerləşən Bədəxşan əyalətinin rayonlarından çıxarıblar.

 

Versus.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

 

Bildirilib ki, döyüşlər nəticəsində “Taliban”ın 32 silahlısı ölüb, 14-ü yaralanıb. Məlumata görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində qruplaşmanın 4 avtomobili, silah və sursat məhv edilib.

 

Bundan başqa, Əfqanıstan silahlı qüvvələrinin həyata keçirdiyi hava hücumu nəticəsində “Taliban” radikal hərəkatının liderlərindən biri məhv edilib.

 

Bu barədə ölkənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yer alıb.

 

“Taliban”ın yüksək rütbəli komandiri Əzifə kimi də tanınan Əziz Rəhman bu gün Əfqanıstan Hərbi Hava Qüvvələrinin Lağman vilayətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb”, - deyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

 

Bildirilir ki, o, mülki şəxslərə qarşı həyata keçirilən çox sayda terror hücumlarında iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI