İlham Əliyev Rusiyanın baş nazirinin müavini ilə görüşdü

15:27 13-07-2021 | icon 90 | Siyasət
İlham Əliyev Rusiyanın baş nazirinin müavini ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

 

Versus.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

 

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

 

Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirilib.

 

Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI