İraqda yanğın nəticəsində həlak olanların sayı daha da artdı

17:41 13-07-2021 | icon 88 | Dünya
İraqda yanğın nəticəsində həlak olanların sayı daha da artdı

İraqda hospitalda yanğında ölənlərin sayı 92-yə çatıb.

 

İraqın Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğında ölənlərin sayı daha artıb. Hadisə nəticəsində həyatını itirənlərin sayı 92-yə çatıb. 

 

Bu barədə İraqın Al-Forat telekanalı Di-Kar əyalətinin səhiyyə idarəsinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, pandemiyadan əziyyət çəkənlərin müalicə aldığı “İmam Hüseyn” hospitalında baş verən yanğın oksigen balonu ilə ehtiyatsız davranma nəticəsində baş verib.

 

11:56

İraqın Ən-Nəsiriyyə şəhərində koronavirusa yoluxan xəstələr üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı artaraq 64-ə çatıb.

 

Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat verib. 

 

Yanğın nəticəsində xəsarət alan 50 nəfərin müalicəsi davam etdirilir. 

 

Hökumət baş verən hadisə ilə əlaqədar xüsusi komissiyanın yaradılacağını elan edib.

 

09:00

İraqın cənubundakı Ən-Nasiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş güclü yanğın nəticəsində 54 nəfər həlak olub.

 

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

 

Onlarla xəstənin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilib, ölüm sayının artacağı istisna edilməyib.

 

İlkin məlumata əsasən, yanğın qısa qapanma nəticəsində baş verib.  

 

Digər mənbələrə görə isə yanğın oksigen balonunun partlaması nəticəsində başlayıb.

 

İraqın Səhiyyə Nazirliyi yanğının səbəblərini rəsmən açıqlamayıb.

 

01:40

İraqın Nasiriyə şəhərindəki “İmam Hüseyn” COVID xəstəxanasında yanğın baş verib.

 

Bu barədə xarici KİV məlumat yayıb.

 

Müxtəlif məlumatlara əsasən, hadisə zamanı ən az 40 nəfər ölüb.

 

İlkin ehtimallara görə, yanğına səbəb oksigen balonunun partlaması olub.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır