“Ana bətnində inkişaf zamanı əmələ gəlir və...”

08:24 14-07-2021 | icon 496 | Sağlamlıq
“Ana bətnində inkişaf zamanı əmələ gəlir və...”

Nərminə Abbasova: “Xəstəyə əzələ gücləndirmək üçün fizioterapiya müalicələri...

 

“Düz otur! Dik dur! Belini əymə!” Yəqin ki, bu sözləri gün ərzində kifayət qədər eşitmisiniz ki, hal-hazırda bunları oxuyarkən belə belinizi düzəltdiniz.

 

Belinizi düzəltmişkən diqqətinizi məqaləyə yönləndirin. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA mövzuyla bağlı Versus.Az-a ətraflı məlumat verib.

 

Kifozla bağlı geniş danışan Nərminə Abbasova bildirdi ki, Kifoz onurğa sütunun yuxarı hissəsinin normaldan daha yuvarlaq görünməsinə səbəb olan və hər yaşda görülə bilən xəstəliyidir. Həkim deyir ki, onurğa sütununun yandan görünüşü körpəlikdən qocalığa daima dəyişir:

 

“Yeni doğulan körpənin onurğa sütunu birinci fəqərədən başlayaraq büzdümə qədər kifotik vəziyyətdə olur, yaş artdıqca əvvəlcə bel nahiyyəsində önə doğru əyilmə (lordoz), daha sonra isə döş nahiyyəsində arxaya doğru əyilmə (kifoz) əmələ gəlir. Beləliklə, onurğa sütunu yandan baxıldığı zaman “S” şəklini alır. Onurğada təbii olaraq yaranmış bu əyriliklər bədənin və başın ağırlığını daşımağa və bədən tarazlığını saxlamağa kömək edir. Döş nahiyyəsində olan əyrilik normaldan daha çox olarsa, bu zaman kifoz xəstəliyi yaranır”.

 

Həkim-terapevtin sözlərinə görə, normal kifoz 20-40 dərəcə arasındadır. Əgər əyrilik 40 dərəcədən çox olarsa, hiperkifoz adlanır:

 

“Kifoz halı qadınlara nisbətən kişilərdə daha çox görülür. Qızlarda yetkinlik dövrü süd vəzlərinin inkişafı ilə bərabər döş nahiyyəsindəki əyrilik də artır. Bu, qızların utanması və ya süd vəzlərinin həcminin böyük olması ilə əlaqədar ola bilər”.

 

Nərminə xanım bildirdi ki, kifoz xəstələrdə özünü əsasən ağrı əlaməti və onurğa sütununun döş hissəsində əmələ gələn qabarıqlıqla göstərir. Digər ümumi simptomlara çiyinlərin hündürlüyündə nəzərə çarpan fərq; bədənin qalan hissəsinə nisbətən başın önə doğru əyilməsi; xəstə irəli əyilərkən yan tərəfdən baxıldıqda döş fəqərələrində olan qabarıqlıq (yuvarlaq görüntü); onurğa sütunu ətrafı əzələ ağrısı; ayaqlarda sinir sıxılması səbəbilə yaranan uyuşmalar; bədən tarazlığını saxlamaqda yaranan problemlər; yorğunluq (xüsusilə aşağı ətraf əzələlərində anormal duruşu təmin etmək üçün lazım olan artmış əzələ funksiyası); dik durmaqda çətinlik və zəif duruş daxildir:

 

“Daha ciddi kifoz əyrilikləri dərman müalicəsinin kifayət etmədiyi davamlı ağrılara, ağciyərlərə təzyiq nəticəsində tənəffüs problemlərinə səbəb ola bilər”.

 

Kifozun yaranma səbəblərinə diqqət çəkən Nərminə xanım vurğuladı ki, travma və inkişaf anormallıqları, degenerativ disk xəstəliyi, iltihabi və yoluxucu xəstəliklər kifozun səbəbləridir. Həkim yuxarıda göstərilən səbəblərə əlavə olaraq əzələ və sinir-əzələ xəstəliklərinə görə də kifozun inkişaf etməsinin mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, bunlar Serebral iflic; Əzələ distrofiyası; Onurğa əzələ atrofiyası; Spina bifida, Myelosel, Myelomeninqosel və s. kimi anadangəlmə qüsurlar; Paget xəstəliyi; Qocalma; Onurğa sütunu ətrafı əzələlərin zəifliyi; Uşaqlarda ortaya çıxan və səbəbi bilinməyən Scheuermann xəstəliyi; Osteoporoz və s. sümük əriməsi ilə yaranan patoloji fəqərə sınıqları; Onurğa travması nəticəsində sürüşmüş disklər; Onurğa törəmələri; Onurğa infeksiyaları (spondilodissit, spondilit və s.); Birləşdirici toxumaların xəstəlikləridir.

Postural kifozla bağlı danışakən həkim bunun ən çox rast gəlinən forma olduğunu vurğulayıb:

 

“Adından da göründüyü kimi, postural kifoz zəif duruş ilə əlaqədardır və onurğa sütunun döş nahiyyəsində olan qabarıqlıq zamanla artaraq yuvarlaq hal alır. Qozbel dayanmaq, ağır çantaları daşımaq onurğa sütununu dəstəkləyən əzələ və bağları uzadaraq postural kifoz yaranmasına gətirib çıxa bilər. Yeniyetmələrdə daha çox rastladığımız bu növ qızlarda oğlanlara nisbətən daha çox və sürətli inkişaf edir. Postural kifozu müəyyən idman hərəkətləri etməklə və ən əsası onurğa sütununu düzgün tutaraq azaltmaq olar. Bəzi hallarda korset taxmaqla kifoz tamamilə düzələ bilər.

 

Nərminə xanım deyir ki, konjenital, yəni anadangəlmə kifoz ən nadir rastlanan növdür. Onun sözlərinə görə, bu kifoz ana bətnində inkişaf zamanı əmələ gəlir və doğuşda diaqnoz qoyulur:

 

“Anadangəlmə kifozda, fəqərələr normal olaraq ayrılmaq əvəzinə bir birinə bitişik olurlar. Konjenital kifoz 3 formada qarşımıza çıxa bilər - fəqərə cisminin yalnız arxa tərəfinin inkişaf etməsi ilə yaranan hemivertebra; fəqərə hissələrinin birləşməsi ilə olan seqmentlənmə (bölünmə) qüsuru; Bu iki qüsurun eyni anda görülməsi. Anadangəlmə kifoz olan xəstələrin digər orqan sistemlərində də bəzi qüsurlar ola bilər. Bu səbəbdən həkim ətraflı kliniki müayinə ilə yanaşı, digər sistemik anomaliyaları araşdırmaq üçün müəyyən testlər tələb edir. Bu tip kifoz müalicəsi zamanı korset və digər konservativ müalicə metodları fayda vermədiyinə görə əksər hallarda xəstələrə əməliyyat məsləhət görülür.

 

Nərminə xanım Beyin, onurğa beyni və əzələ xəstəliklərinə ikincil olaraq inkişaf edən kifoz növü olan sinir əzələ kifozuna diqqəti çəkərək bildirdi ki, sinir əzələ kifozlu xəstələrdə əzələ zəifləməsi ilə onurğa sütunu deformasiya olmağa başlayır. Onun sözlərinə görə, kifoz yaradan digər sinir əzələ xəstəliklərinə Metabolik və mitoxondrial əzələ xəstəliyi, Duchenne əzələ distrofiyası (DMD), Onurğa əzələ atrofiyası (SMA), Friedriech ataksiyası, Miotubulyar miopatiya, Charcot Marie Tooth, Digər əzələ distrofiyaları daxildir:

 

Kürək və beldə ağrı, qozbellik şikayətləri olan xəstə mütəxəssis həkim tərəfindən ətraflı fiziki və nevroloji müayinə edilir, xəstənin tibbi və ailə tarixçəsi araşdırılır. Fiziki müayinədə onurğa sütunu ətrafı əzələlər palpasiya edildikdən sonra, xəstənin irəli doğru əyilmiş formada döş fəqərələrində ortaya çıxan bucaqlanma yandan baxılaraq müşahidə edilir. Xəstənin bədənini tarazlıqda saxlamaq qabilliyəti də müəyyən testlərlə nəzərdən keçirilir. Kifoz müayinəsində nevroloji müayinə mühüm rol oynayır. Belə ki, xəstənin əzələ gücü, hissiyatı və reflekslərinə diqqət yetirilməlidir.

 

Bəs Kifozun müalicəsi necə aparılır, nələrə diqqət etmək lazımdır? Həkim-terapevt deyir ki, hiperkifozun müalicə metodları xəstənin yaşından, əyriliyin dərəcəsi və artma intensivliyindən, yaranma səbəbindən, ağrı və digər mövcud olan simptomlardan və s. asılı olaraq dəyişə bilər:

 

“Əsasən, yeniyetmələrdə rastlaşdığımız postural (duruş) kifoz hallarında əyrilikdə artma olub-olmadığını bilmək üçün 3-6 ay sonra kontrol müayinələrə gəlmək məsləhət görülür. Bundan əlavə xəstəyə əzələ gücləndirmək üçün fizioterapiya müalicələri və idman hərəkətləri verilir. Orta yaşlı insanlarda müxtəlif səbəblərdən mənşə olaraq yaranan kifozda ağrı olarsa, həkim tərəfindən müvafiq dərman müalicəsi təyin edilir.

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Kifozdan əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır