Bakıda əməliyyat olunmağa girən kişi narkozdan öldü

11:49 14-07-2021 | icon 119 | Hadisə
Bakıda əməliyyat olunmağa girən kişi narkozdan öldü

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.

 

Versus.az xəbər verir ki, bu barədə  ölən şəxsin oğlu, vətəndaş Vüsal Hüseynov məlumat verib.

 

O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:

 

“Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.

 

Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:

 

“Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”.

 

Həkim Əziz Mərdiyev “Report”a bildirib ki, o, xəstəni əməliyyat etməyib:

 

“Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək”.   Report

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

YAP-dan qovuldu

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“Üç qardaş - 2021” TƏLİMLƏR BAŞLAYIR

Türkiyədə Mardin sakinlərinə küçəyə çıxma qadağası qoyuldu

Ərdoğan ağladı