“Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”

 

12:01 14-07-2021 | icon 465 | İdman
“Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”
 

“Bu, mənim üçün şərəfli missiyadır. Bayraqdar seçildiyimi eşidəndə çox sevindim, mənə xüsusi motivasiya gəldi. Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”.

 

Versus.az xəbər veri ki, bu fikirləri Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanacaq komandanın bayraqdarı seçilməsi barədə danışarkən deyib.

 

73 kq-da mübarizə aparan idmançı olimpiadadakı hədəfini açıqlayıb:

 

“2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında da bizə demişdilər ki, yaponiyalı idmançılar oradadırsa, şans yoxdur. Amma gördüyünüz kimi, həmin yarışda iki medal qazandıq. Mən finala çıxmışdım. Ən azı, həmin uğuru təkrarlamağa çalışacağam”.

 

2016-cı ilin Avropa çempionu bildirib ki, olimpiada sıradan turnir deyil:

 

“Orada zəif idmançı olmur. Mənim çəkimdə 36 cüdoçu mübarizə aparacaq. Hər birinə qarşı fərqli hazırlıqla çıxmaq lazımdır. Heç bir rəqibimi zəif hesab etmirəm”.

 

Koronavirusa yoluxduğu üçün altı ay güləşə bilmədiyini söyləyən Orucov hazırda yaxşı formada olduğunu vurğulayıb:

 

“Olimpiadaya görə son dünya çempionatını da buraxdım. Çünki Oyunlara bir ay qalmışdı, dedilər ki, zədə səbəbindən orada iştirak etməməlisən. Amma Xorvatiyadakı sonuncu təlim-məşq toplanışında idman formamın yaxşı olduğunu dedilər. Formamı qoruya bilsəm, nəticə müsbət olacaq”.

 

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də tatamiyə iyulun 26-da çıxacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI