İlham Həşimov: “Qardaşım canından keçmək bahasına Vətənə borcunu yerinə yetirdi”

13:50 14-07-2021 | icon 158 | Cəmiyyət
İlham Həşimov: “Qardaşım canından keçmək bahasına Vətənə borcunu yerinə yetirdi”

“Mənim qardaşım ən çətin döyüş mövqelərində xidmətdə olub. Bunu mən yox, onunla birlikdə həmin yerdə xidmət edən Vətən oğulları deyir”.

 

Versus.az xəbər verir ki, bu sözləri  açıqlamasında şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov deyib. 

 

O bildirib ki, P.Həşimov hava şəraiti, relyefi çətin olan mövqelərdə xidmət edib:

 

“Daşkəsəndən Kəlbəcərə qədər çəkilən çox çətin yol var. Bir misal çəkdik, yerində gedib araşdırsalar, qardaşımın hansı təhlükəni öz üzərinə götürdüyünün şahidi olarlar. Polad Həşimov bunu tək etməyib, amma təhlükəli sahələri özünə götürüb.

 

Kəlbəcərdə 3 293 metr hündürlükdə xidmət etmək asan deyil. Oksigen çatışmazlığı, uzun müddət qış, təzyiq fərqi, üstəgəl düşmənlə üzbəüz və daha hansı məqamlara rəğmən o, Vətənə xidmət edib. Xalqımız ilk gündən bizi tək qoymadı. Onlara minnətdarıq”.

 

Qardaşı deyir ki, Tovuz döyüşləri Vətən müharibəsinin başlanmasına təkan verdi:

 

“Xalqımız da təsdiq edir ki, Vətən müharibəsi bu döyüşlərlə başladı. Uzun müddət barışıq təklif edildi. Yəqin ki, çıxış yolu hərb yolunda olub. Qardaşım canından keçmək bahasına Vətənə borcunu yerinə yetirdi, qəhrəman hərbçilərimiz də 44 gün ərzində bu müharibəni sona çatdırdı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır