"Ermənistanda qərbyönülü qüvvələr güclüdür"

14:02 15-07-2021 | icon 307 | Siyasət
"Ermənistanda qərbyönülü qüvvələr güclüdür"

Nizami Verdiyev: "Onlar 10 noyabır Bəyanaməsini pozmaq istəyirlər"

 

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri iyulun 13-də Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərini atəşə tutub. Daha sonra - iyulun 14-ü Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev məsələ ilə bağlı Versus.Az-a açıqlama verib.

 

Ermənistanın və onun nəzarətindəki qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən danışan ALDP rəsmisi baş verənləri təxribat kimi qiymətləndirib:

 

“Hesab edirəm ki, Ermənistanda qərbyönülü qüvvələr güclüdür və 10 noyabır Bəyanaməni pozmaq istəyirlər. Baxmayaraq ki, Ermənistanda güc strukturları Rusiyanın nəzarəti altındadır, qərb də idarə etdiyi adamları gücləndirir. Və bu qüvvələr bu tipli təxribatlar edir”.

 

Nizami Verdiyevin sözlərinə görə, Ermənistanda vəziyyət mürəkkəb və ziddiyyətli formada cərəyan edir:

“Bölgəni qarışdırmaq istəyən qərbyönülü nümayəndələri sözsüz ki, birbaşa xaricdən təlimat alırlar. Yəni bu bölgədə maraqları olan ölkənin sifarişlərini yerinə yetirirlər. Məlum olan Bəyanaməni pozmaq cəhdlər irimiqyaslı deyil və Azərbaycan hələ ki, təmkin nümayiş etdirir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI