Jurnalist təhdidlə “Real”dan 10 milyon avro istəyib

21:16 15-07-2021 | icon 433 | İdman
Jurnalist təhdidlə “Real”dan 10 milyon avro istəyib

Madrid “Real”ının prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları açıqlanıb.

 

Versus.az xəbər verir ki, bu barədə “Onda Cero” nəşri yazıb.

 

Belə ki, bundan əvvəl “El Confidencial”  nəşri Peresin iştirakı ilə bir sıra telefon danışıqlarını yayıb. Bu səsyazılarından birində Peres “Real”ın əfsanəsi hesab olunan Raul Qonsales və İker Kasilyası “klub tarixinin ən böyük fırıldaqçıları” adlandırıb. Digər bir səsyazısında isə o, Kriştianu Ronaldu və Joze Mourinyunun ünvanına təhqirlər səsləndirib.

 

“Onda Cero” nəşri isə qeyd edir ki, “Real”da səsyazmaların varlığından xəbərdar olublar. Belə ki, 2011 jurnalist Xoce Antonio Abelyan klubun vitse-prezidenti ilə görüşüb. O, 10 milyon avro qarşılığında səsyazmaları yox edə biləcəyini bildirib.

 

“Real”ın nümayəndəsi sözügedən şantajı qəbul etməyib. Bundan sonra jurnalist səsyazmaları bir sıra nəşrlərə təklif edib. Lakin nəşrlər etik prinsiplər və məhkəmə prosesləri qorxusu ilə bundan imtina ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

YAP-dan qovuldu

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“Üç qardaş - 2021” TƏLİMLƏR BAŞLAYIR

Türkiyədə Mardin sakinlərinə küçəyə çıxma qadağası qoyuldu

Ərdoğan ağladı