Həyətində çətənə yetişdirən Yevlax sakini tutuldu

14:30 16-07-2021 | icon 423 | Hadisə
Həyətində çətənə yetişdirən Yevlax sakini tutuldu

”Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər zamanı Yevlax Rayon Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məhəmməd Məmmədov saxlanılıb.

 

M.Məmmədovun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 42 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır