Qadın şəhidimizin ailəsinə ev bağışlandı

19:53 16-07-2021 | icon 252 | Cəmiyyət
Qadın şəhidimizin ailəsinə ev bağışlandı

Prezidentin mənzillə təmin etdiyi şəhid ailələri içində Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var.

 

İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Xocəsən yaşayış kompleksində mənzillə təmin olunanların arasında Vətən Müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri olmuş Arəstə Baxışovanın anası Məktubə xanıma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 otaqlı mənzilin sənədləri təqdim olunub.

 

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.

 

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.


Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır