İsti havanın COVID-19-a təsiri açıqlanıb

11:13 17-07-2021 | icon 372 | Cəmiyyət
İsti havanın COVID-19-a təsiri açıqlanıb

Anomal istilər insan immunitetinə neqativ təsir göstərə bilər. Bu isə pandemiya dövründə xüsusən təhlükəlidir.

 

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyanın “Unison” somnoloq xidmətinin rəhbəri, həkim nevroloq-somnoloq Yelena Tsareva xəbər verib.

 

Onun sözlərinə görə, isti, yuxunu poza bilər, bu isə orqanizmdə bir sıra funksiyaların pozulmasına gətirir.

 

“İstidə yuxu pozulur. Bu onunla əlaqədardır ki, yuxunun ən dərin vaxtı orqanizmin temperaturu bütün gün üçün ən minimal temperaturda olur. Ətraf mühit bədən temperaturunun düşməsinə imkan verməsə yuxu səthi olacaq. Bundan başqa oyanma və termortənzimləmədə (orqanizmin normal temperaturu saxlamaq üçün istilik hasilatı və istilik itirilməsi proseslərini balanslaşdırmaq qabiliyyəti) pozğunluqlar ola bilər. Bu isə nəbzin sürətlənməsinə və meyilli insanlarda təzyiqin qalxmasına səbəb ola bilər”, - deyə mütəxəssis vurğulayıb.

 

“Yuxu pozğunluğu immuniteti (o cümlədən koronavirusa qarşı) zəiflədə bilər”, - deyə həkim xəbərdarlıq edib.

 

“İnsan pis yatarsa, bir gecə kifayətdir ki, immunitetdən məsul olan T-hüceyrələrin miqdarını azalsın. Hətta bir yuxusuz gecə xəstələnmə riskin bir neçə dəfə artırır. Viruslu xəstəlikərə yoluxma riski də bir neçə dəfə artır”, - deyə həkim vurğulayıb.

 

Yuxunu yaxşılaşdırmaq üçün Tsareva otağı havalandırmağı və isti havada odeyal örtməməyi tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI