İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

16:06 17-07-2021 | icon 2184 | Gündəm
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

 

Təbrik mətnində deyilir:

 

Hörmətli həmvətənlər!

 

Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

 

İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.

 

Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.

 

Əziz bacı və qardaşlarım!

 

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır.

 

Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

 

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

 

Qurban bayramınız mübarək olsun!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

QAZİ ŞİKAYƏTİ: “Xahiş edirəm, bu insanlar haqqında bir tədbir görülsün”

Portuqaliya çempionatında qol hesabını açdı