Deputat LHU-nin nümayəndə heyəti ilə görüşüb

08:25 21-07-2021 | icon 414 | Siyasət
Deputat LHU-nin nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyənin Lokman Həkim Universitetinin (LHU) nümayəndə heyəti ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə iki ölkə arasında mədəniyyət, təhsil də daxil olmaqla, ən müxtəlif əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın hər keçən gün daha da inkişaf etməsindən məmnunluq ifadə olunub.

 

Görüşdə 44 günlük Vətən Müharibəsində və müharibəsonrasında Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq və qonşuluq münasibətlərinin özünün xüsusi mərhələsi ilə seçildiyi qeyd edilib.

 

Q.Paşayeva “Şuşa Bəyannaməsi”nin bu planda tarixi hadisə olduğunu vurğulayıb:

“Şuşa Bəyannaməsində mədəniyyət, elm-təhsil və digər bir çox sahələrdə əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması kimi mühüm məsələlər də əhatə olunub. Ümidvaram, LHU kimi önəmli təhsil və elm ocaqlarının da bu planda öz töhfələri olacaqdır”.

 

Lokman Həkim Universiteti (LHU) İdarə heyətinin sədri Dr.Mehmet Altuğun başçılıq etdiyi nümayəndə heyətinə LHU rektorunun müşaviri Prof.Dr. Ayşe Karaduman, LHU Səhiyyə elmləri fakültəsinin və Tibb bacısı şöbəsinin rəhbəri Prof.Dr. Fatma Öz, LHU Əczaçılıq fakültəsinin dekanı Prof.Dr. Belma Gümüşel daxildi. Komitə sədri ilə LHU nümayəndə heyətinin görüşündə Azərbaycan Tibb Universiteti Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edib. LHU idarə heyətinin sədri M.Altuğ Q.Paşayevaya üzərində LHU-nun xatirə hədiyyəsini bağışlayıb. Komitə sədri isə LHU nümayəndə heyətinə Azərbaycan təbiətini əks etdirən rəsm əsəri bağışlayıb.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Ermənistan atəşkəsi yenə pozdu

Hər peyvənd olunana 100 dollar

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Sunami XƏBƏRDARLIĞI