Telefonunun şarjı tez bitənlərə tövsiyələr

06:55 22-07-2021 | icon 423 | Maraqlı
Telefonunun şarjı tez bitənlərə tövsiyələr

İstehsalçıdan asılı olmayaraq istənilən smartfonun “zəif  bəndi” akkumlyatordur.

 

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyada Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin bildirib.

 

Onun sözlərinə görə, istənilən akkumlyator batareyasının (o cümlədən smartfondakının) doldurma və boşalma dövrlərinin sayında məhdudiyyət olur. Bu miqdar keçildiyi təqdirdə, cihazın məhsuldarlığında azalma ola bilər, bəzən isə hətta isti və ya soyuq havada gözlənilmədən sönə bilər.

 

“Batareya smartfonun işinə təsir göstərir. Batareya artıq köhnəldikdə, yəni çox sayda şarj olunanda cihaz isti və ya soyuq havalarda daha çox enerji itirməyə başlayacaq.  Məsələn yayda kondisionerli otaqdan istiyə, yaxud qışda isti otaqdan soyuğa çıxılarkən zəng gələrsə, smartfon qəfil sönə bilər. Ancaq bu problemin həlli var - sadəcə cihazdakı batareya dəyişdirilməlidir”, - deyə Murtazin izah edib.

 

Onun sözlərinə görə qadjetin korpusunun quruluşundan asılı olmayaraq batareyanı dəyişdirmək mümkündür.

 

“Hər hansı xidmət mərkəzində batareyanı dəyişdirmək olar. 3-4 ildən bir bunu etmək tövsiyə olunandır”, - deyə Murtazin bildirib.

 

Mütəxəssis eyni zamanda batareyanın rəsmi xidmət mərkəzində dəyişdirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ucuz, sertifikatlaşdırılmamış analoq almaqla pula qənaət etmək cəhdi daha ciddi xərclərə, hətta cihazın məhv olmasına səbəb ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI