“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə xüsusi diqqət yetirir”

20:50 22-07-2021 | icon 104 | Siyasət
“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə xüsusi diqqət yetirir”

Həm Azərbaycan, həm də Ermənistanla yaxın münasibətlərdə olan Rusiya Federasiyası, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə, eləcə də, sülhməramlı kontingentimizin yerləşdiyi Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirir.

 

Versus.az-ın xəbərinə görə Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.

 

 

“Rusiya tərəfi sabitliyin qorunub saxlanması, Qarabağda dinc həyatın qurulması, qaçqınların geri qayıtması, ölənlərin cəsədlərinin mübadiləsi də daxil olmaqla, humanitar məsələlərin həllinə mühüm töhfə verməyə davam edir. Həmçinin, Bakı ilə İrəvan arasında etimadın yaranmasında səylər göstərərək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və YUNESKO missiyalarının bölgəyə gəlişini təmin etmək istiqamətində çalışmağa davam edirik”, - deyə Zaxarova bildirib.

 

Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan sərhədinin müxtəlif hissələrində hər hansı bir gərginlik təzahürlərini narahatlıqla izləyir: “Əminik ki, davamlı deeskalasiya yalnız sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası ilə bağlı işlərə dərhal başlamaqla təmin edilə bilər. Bu səylərimizi əlimizdəki kartoqrafik məlumatlarla dəstəkləməyə hazırıq. Rusiya tərəfi müzakirələri konstruktiv məcraya yönəldə biləcək bir sıra sənədlər hazırlayıb. Hal-hazırda bu mövzuda əlaqələr xarici siyasət, müdafiə idarələri və həmçinin üç ölkənin sərhəd xidmətləri vasitəsilə davam edir”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI