Media əhlini TƏBRİK ETDİLƏR

22:12 22-07-2021 | icon 188 | KİV
Media əhlini TƏBRİK ETDİLƏR

“Vətəndaşın güvəndiyi ali peşə sahibisiniz

 

Bu gün milli mətbuatımızın, ana dilində ilk qəzetimizin nəşrə başlamasının 146 ili tamam olur. Bu gün mətbuat əhlinin daha çox “qələmin iti olsun, günün mübarək” təbrikini eşitdiyi bir gündür. Belə bir gündə siyasilər şəxsi “facebook” səhifələrində jurnalistlərdən diqqətlərini əsirgəmədilər.

 

Versus.Az həmin siyasilərin paylaşımlarını təqdim edir:

 

 

“Sizlər bizləri məlumatlandırır, inandırır, sevindirir...”

 

Millət vəkili Aydın Mirzəzadə mətbuatla bağlılığının tarixçəsini vərəqləməklə özü ilə bağlı maraqlı faktlar paylaşıb:

 

“İlk oxuduğum mətbuat orqanı – “Göyərçin” jurnalı (birinci sinif, 1964-cü il);

İlk dəfə şəklim dərc olunan mətbuat orqanı – “Azərbaycan pioneri” qəzeti (üçüncü sinif, 1967-cü il);

Yuxarı siniflərdə maraqla oxuduğum qəzet – “Azərbaycan gəncləri” qəzeti;

İlk məqaləm çap olunan mətbuat orqanı – “Mingəçevir işıqları” qəzeti (17 yaş, 1974-cü il);

Məndən müsahibə götürən ilk mətbuat orqanı – “Azərbaycan gəncləri” qəzeti (ikinci kurs, 1977-ci il);

Tələbəlik illərindən mətbuatla bağlı xatirəm – Tələbəlik təqaüdümdən hər günə 20 qəpik, aya isə 6 manat olmaqla hər gün qəzet almağa pul ayırırdım. Bu pul toxunulmaz idi. Bəzən ac qaldğım günlər, aylarla kinoya getmədiyim vaxtlar olurdu, ancaq qəzet almaq üçün ayırdığım o pula dəymirdim;

İlk oxuduğum qeyri-leqal qəzet - “Yeni Müsavat” qəzeti (1989-cu il);

Maraqlı olduğunu kəşf etdiyim qəzet - “Səs” qəzeti;

İlk nömrəsinin çıxmağını səbirsizliklə gözlədiyim qəzet – “Yeni Azərbaycan” qəzeti;

Adına görə kioskdan alıb oxudğum və indiyə qədər dost olduğum qəzet - "İki sahil" qəzeti;

Həyatımın ən maraqlı dövrlərindən biri – 1992-ci ilin yanvar ayından noyabr ayına qədər müxbir işlədiyim Mingəçevirdə çıxan “Səda” qəzeti dövrü;

Adı mənə çox maraqlı gələn qəzet – “Şərq” qəzeti;

Milli Məclisin deputatı seçildikdən sonra mənimlə ilk müsahibə götürən qəzet – “Ekspress” qəzeti;

İlk imkan olan kimi oxudğum qəzet və sayt - bütün qəzetlər və bütün saytlar;

Şəxsi arxivimdəki ən qiymətli eksponatlar – 1910-cu ildə çıxan “Molla Nəsrəddin” jurnalı və 1919-cu ildə çıxan “Азербайджан” qəzeti.

 

Milli Mətbuat Günü Bayramınızı təbrik edirəm, hörmətli jurnalistlər. Sizlər bizləri məlumatlandırır, inandırır, sevindirir, sabaha səsləyirsiniz.

Sizləri çox sevir, sizlərin varlığı ilə qürur duyuruq”.

 

 

 

 

 

“Jurnalist həmkarlarımı ürəkdən təbrik edirəm”

 

Millət Vəkili Qənirə Paşayeva Milli Mətbuat Günü ilə bağlı paylaşımında bildirir:

 

“Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür! İlk milli qəzetimizin gün üzü görməsindən 146 il keçir.

 

Bu əlamətdar gündə bütün media mənsublarımızı, jurnalist həmkarlarımı ürəkdən təbrik edir, hər birinə yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram!

 

Həsən bəy Zərdabi başda olmaqla, "Əkinçi" qurmuş, sözün ən müsbət mənası ilə əkinçi ömrü yaşamış babalarımızın ruhunu ehtiramla yad edir, onların başlatdığı ulu yolda çağdaş media mənsublarımıza öz yaradıcılıq kredolarına və sənətin estetik dəyərlərinə sadiqlik diləyirəm!

 

Əlbəttə, günümüz, gerçəkliyimiz hər bir jurnalistimizdən yüksək vətənpərvərlik tələb etməkdədir. Çox şadam ki məhz bu iki mühüm xətti - jurnalist peşəkarlığı ilə vətənpərvərlik hissini sinxron şəkildə davam və inkişaf etdirə bilən qələm adamlarımız çoxdur.

 

Mən bu gün mediamızın inkişafında müstəsna xidmətləri, böyük dəstəyi olmuş Ümummilli liderimiz Heydər Əliyevin ruhunu ehtiramla yad edirəm!

Ruh şad olsun!

 

Azərbaycan Prezident cənab İlham Əliyevin mediamızın inkişafı ilə bağlı verdiyi Sərəncamları, media mənsublarının sosial müdafisəi ilə bağlı tarixi addımlarını, qiymətli tövsiyyələrini, bir sözlə, böyük məhəbbət və dəstəyini hörmətlə qeyd edirəm.

Bir daha təbrik edir, uğurlar diləyirəm!”

 

 

 

 

 

“Bizimlə əməkdaşlığa verdiyiniz önəmi yüksək qiymətləndiririk”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edib:

 

“Bu şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə uğurlar arzulayıram. Mətbuatın əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

Azərbaycan Liberal Demokrat Partiyasının üzvləri olaraq sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndiririk.

Hörmətli mətbuat işçiləri!

 

Sizi bir daha Milli Mətbuat günü münasibətilə təbrik edir, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram”.

 

 

 

 

 

“Qələminiz iti, sözünüz kəsərli olsun”

 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev

Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək, “qələmləri iti, sözləri kəsərli olsun” deyib:

 

“Dördüncü hakimiyyət sayılan jurnalist hər zaman doğrunun yanında olmalı, insanlara düzgün məlumatlar çatdırmalı, qərəzsiz olmalıdır.

 

Mən inanıram ki, Azərbaycan xaqlının görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabinin davamçıları olan mətbuat nümayəndələrimiz dövlət başçısının diqqət və qayğısından bəhrələnərək Azərbaycan dövlətçiliyinin quruculuğu yönündə güclərini ortaya qoyacalar.

 

Mən özümün və partiyamızın adından bir daha jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm. Uğurlar olsun sizə!”

 

 

 

 

“Azərbaycan mətbuatı da problemlərdən uzaq deyil”

 

Ümid Partiyasının sədri İqbal Ağazadə əsası Həsən Bəy Zərdabi tərəfindən qoyulan Azərbaycanın milli mətbuatının yaranmasından 146 il ötdüyünü qeyd edərək, bu müddət ərzində Azərbaycan mətbuatının çətin bir tarix yaşadığını, ağır sınaqlardan keçdiyini bildirib:

 

“Birinci Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar.

 

Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışıb, ölkədə insan haqlarının qorunması və demokratikləşmə, söz və mətbuat azadlığı uğrunda mübarizədə əvəzsiz rol oynayıb, Azərbaycanın nüfuz və imicinin yüksəldilməsi üçün əllərindən gələni ediblər.

 

Təəssüflər olsun ki, bu gün Azərbaycan mətbuatı da problemlərdən uzaq deyil, müstəqil reklam bazarı yoxdur, bu səbəbdən azad və müstəqil mətbuat hələ də formalaşmayıb. Bu gün də müstəqil jurnalistlərin təqib olunması proseslərinə rast gəlinir. Bununla yanaşı fəaliyyətlərinə məhdudiyyət qoyulan saytlar var.

 

Mətbuat problemləri dövlət səviyyəsində həll edilməli, "Diffamasiya haqqında" Qanun qəbul olunmalı, azad reklam mühiti yaradılmalı, jurnalistlərin azad fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmamalıdır.

 

22 iyul – Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edir, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə onlara uğurlar arzulayıram”.

 

 

 

 

 

 

 

“Sosial qayigalardan kənar olmaq üçün...”

 

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Məhəmməd Əsədullazadə milli mətbuat günü münasibətilə bütün jurnalist dostlarını təbrik edib:

 

“Jurnalist peşəsi ən ali peşədir. Bu sahədə çalışanlar sosial qayigalardan kənar olmaq üçün ən yaxşı şəraitə malik olmalıdırlar. İstər evlə, istər dövlət təltifləri ilə.

 

Bayramınız mübarək, əziz qələm əhli!!

 

Bu gün cəmiyyətin avanqardlarısız və vətəndaşın güvəndiyi ali peşə sahibisiniz”.

 

 

 

 

 

 

 

“Xüsusi təyinatlı jurnalistlərimizin fədakarlığını da unutmamalıyıq”

 

Deputat köməkçisi, MCP sədr müavini Ehtiram Mehdiyev Milli Mətbuat Günü münasibəti ilə öz işini şərəflə yerinə yetirən Zərdabi yolunun davamçılarını təbrik etdiyini bildirib:

 

“Bu danılmaz həqiqətdir ki, Azərbaycan mediası tarixin bütün dövrlərində, taleyüklü məqamlarında xalqın və dövlətin yanında olub və bütün resurslarından istifadə edib.

 

Biz 44 günlük Vətən Müharibəsində öz peşəsini yerinə yetirən xüsusi təyinatlı jurnalistlərimizin fədakarlığını da unutmamalıyıq. Onların içərisində şəhid olanlar da oldu. Allah rəhmət eləsin.

 

Bir daha sizi təbrik edir, uğurlar arzulayıram. Qələminiz iti olsun”.

 

 

 

 

 

 

“Onun yaşı Azərbaycanın müstəqilliyinin yaşından böyükdür”

 

Politoloq Əlabbas Məhərrəmli bildirib ki, Milli Mətbuatın yaşı Azərbaycanın müstəqilliyinin yaşından da böyükdür:

 

“Bu gün Milli Mətbuatımızın146 yaşı tamam olur. Göründüyü kimi, onun yaşı Azərbaycanın müstəqilliyinin yaşından da böyükdür.

 

"Əkinçi" qəzetinin nəşr olunduğu günü biz Azərbaycan mətbuatının günü kimi qeyd edirik. Çox gözəl ənənədir.

 

Mən Azərbaycan mətbuatının xidmətində olub həyatdan köçən insanlara Allahdan rəhmət diləyir, qalan jurnalistlərə cansağlığı arzu edirəm”.

 

 

 

 

 

 

"İnformasiya savaşında uğurlar arzulayıram"

 

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov təbrikə bu sözlərlə başlayır:

 

“Dəyərli media nümayəndələri, əziz jurnalist dostlarım, Milli Mətbuatımızın yorulmaz əsgərləri!

 

Hər birinizi 22 iyul peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizə işinizdə uğurlar arzulayıram. Ən gözəl xəbərlər, müsahibələr, layihələr, araşdırmalar nəsibiniz olsun.

 

Qarabağ uğrunda döyüşlər zamanı və postmüharibə dönəmində şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyir, qazi jurnalistlərimizə isə bundan sonra mətbuat cəbhəsində, informasiya savaşında uğurlar arzulayıram.

 

Azərbaycanımız naminə, haqq naminə öz canlarını fəda edən Salatın, Çingiz, Sirac, Məhərrəm kimi şəhid jurnalistlərimizi heç vaxt unutmayacağıq.

 

MHP ilə əməkdaşlıq edən bütün media rəhbərlərinə, jurnalistlərə burdan öz təşəkkürlərimi bildirirəm. Hər biriniz sağ olun, var olun!

 

Sizin hər biriniz günümüzün media əkinçilərisiniz. Sizin Vətən qarşısında xidmətlərinizi görməzdən gəlmək, eləcə də biz siyasətçilərə verdiyiniz informasiya dəstəyini inkar etmək insafsızlıq və ədalətsizlik olardı.

 

Biz Ulu Həsən bəy Zərdabinin miras qoyub getdiyi 146 yaşlı qocaman Milli Mətbuatımızın bundan sonra daha sağlam, daha peşəkar və daha nüfuzlu bir gücə çevriləcəyinə əsla şübhə etmirik. Güclü media güclü cəmiyyət və güclü Azərbaycan deməkdir!

 

Fürsətdən istifadə edib bir daha hər birinizi Milli Mətbuat günü münasibətilə təbrik edir və sizinlə dostluğumuzdan, əməkdaşlığımızdan qürur duyduğumuzu bildirirəm.

 

Bayramınız mübarək olsun, əziz qələm əhli və söz adamları!”

 

 

 

 

 

 

“Üzərinizə götürdüyünüz missiyanı şərəflə yerinə yetirməkdəsiniz”

 

Azərbaycan Milli İstiqlal Patiyasının sədri Arzuxan Əlizadə də jurnalistləri təbrik edib:

 

“Hörmətli media mənsubları, dəyərli dostlar!

22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşr etdirməsi ilə Azərbaycanda təkcə mətbuatın deyil, həm də yeni fikir və ənənənin özülü qoyuldu. O gündən etibarən milli mətbuatımız keçməkeşli və bir o qədər də şərəfli inkişaf yolu keçərək xalqın maarifləndirilməsi və haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atıb.

 

Bu gün cəmiyyətin bütün sferalarına nüfuz edən mətbuatımızın bir sıra problemlərinin, siyasi və iqtisadi sıxıntılarının olmasına baxmayaraq sizlər əsl fədakarlıqlar göstərərək, dövlətçiliyimizin qorunmasında, demokratik dəyərlərin inkişafında, milli-mənəvi dəyərlərin əxz edilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında üzərinizə götürdüyünüz missiyanı şərəflə yerinə yetirməkdəsiniz.

 

Dəyərli dostlar! Bu bayram günündə müstəqil fikrin inkişafı üçün heç nədən çəkinmədən peşəsinə vicdanla yanaşan bütün jurnalistlərə dərin ehtiramımı bildirərək, sizləri peşə bayramınız münasibətilə təbrik edir, sizə bu şərəfli peşənizdə bundan sonra da uğurlar diləyirəm!

Hər zaman qələminiz iti, sözünüz kəsərli olsun!”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhid pilotumuzun anım mərasimi keçirildi

"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Rüstəm Orucovdan ardıcıl iki QƏLƏBƏ

Qılıncoynadanımız 1/8 FİNALDA

Operativ Qərargahdan sərt karantinlə bağlı AÇIQLAMA

Bayraqdarımız mübarizəni DAYANDIRDI

4 milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb

Vətəndaşlardan harada COVID pasportu tələb olunacaq?

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi

Müdafiə Nazirliyi məlumat yayıb

Tullantı su problemi həll olunur

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır