Anlaşma Memorandumu imzalanıb

13:47 21-11-2018 | icon 96 | Təhsil
Anlaşma Memorandumu imzalanıb

 

Noyabrın 21-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və UNEC-in rektoru Ədalət Muradov imzalayıblar.

 

Anlaşma Memorandumuna əsasən, tərəflər elmi yeniliklərin biznesə inteqrasiyası, innovativ təşəbbüslərin dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin tələbatına uyğun ixtisaslar üzrə təhsil proqramları və metodiki vəsaitlərin hazırlanması, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi sahəsində əməkdaşlıq edəcəklər.

 

Bununla bağlı keçirilmiş tədbirdə UNEC-in rektoru Ədalət Muradov iqtisadi sahədə fəaliyyət göstərən qurumlar və təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, imzalanmış sənədin iki qurum arasında müvafiq sahədə əməkdaşlığın həyata keçirilməsində və sahibkarlığın inkişafında önəmini diqqətə çatdırıb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Agentliyin fəaliyyəti bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır və bu gün imzalanmış memorandum iki qurum arasında əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş əməkdaşlıq platforması yaradır. Vurğulanıb ki, KOBİA və UNEC əməkdaşlığı çərçivəsində universitetin elmi araşdırma mərkəzlərinin potensialından istifadə olunacaq, innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması, elmi yeniliklərin biznesə inteqrasiyası istiqamətində tədbirlər həyata keçiriləcək, KOB-ların tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramları və metodiki vəsaitlərin hazırlanmasında birgə iştirak təmin olunacaq, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi diqqət mərkəzində saxlanılacaq.

Xəbər lenti

 Rasim Balayevi imtahanlara buraxmırlar -

Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki...

İnsan ömrünü uzadan içkinin adı açıqlandı - 15 illik tədqiqatın nəticəsi

Bu gün 100 milyondan çox hindistanlı səs verəcək

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb

“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon

Gürcüstan MSK: "Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb"

Rusiyada gənc azərbaycanlı yoxa çıxdı

"ATƏT-in Minsk Qrupu Nikol Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir -

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"Əsirlikdə qalan Laçınım"

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

AXH Novxanı qəsəbəsində yürüş edəcək

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə