"Birbaşa Prezidentin stolunun üzərinə qoymaq lazımdır"

15:35 20-08-2021 | icon 344 | Cəmiyyət
"Birbaşa Prezidentin stolunun üzərinə qoymaq lazımdır"

Razi Nurullayev: "Mənə müraciət edənləri gücüm çatdığı qədər darda qoymaq istəmirəm"

 

"Bildiyimə görə xeyli iş adamı neçə illərdir ki, bu vəziyyətdədir, onları da dinləməyə hazıram. Bu məsələlərin hamısını ayrı-ayrılıqda hazırlayıb, birbaşa Prezident İlham Əliyevin stolunun üzərinə qoymaq lazımdır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Sahibkar Çingiz Ağasənovla görüşü ilə bağlı şəxsi "facebook" hesabında paylaşım edən Razi Nurullayev qeyd edib ki, Çingiz bəy Sumqayıtda abadlıq işləri aparılan zaman böyük məbləğdə ziyana salınmış və bu günə qədər də haqqını ala bilməmiş sahibkardır:
 
 
"Sonra da deyirik ki, sahibkarlar üçün bütün şərait var, onlara dövlət qayğısı var. Qəbul etdiyim yüzlərlə iş adamı olub, bu günə qədər razı iş adamı görə bilməmişəm. Çingiz Ağasənovun məsələsi ilə ciddi məşğul olacam. Ona görə yox ki, onun babası ilə mənim atam, ata qohum-əqrəbası dost və yaxın olublar, bir kənddə yaşayıblar, həm də ona görə ki, mənə müraciət edən kimsəni gücüm çatdığı qədər darda qoymaq istəmirəm. Bildiyimə görə xeyli iş adamı neçə illərdir ki, bu vəziyyətdədir, onları da dinləməyə hazıram. Bu məsələlərin hamısını ayrı-ayrılıqda hazırlayıb, birbaşa Prezident İlham Əliyevin stolunun üzərinə qoymaq lazımdır. Buna da nail olacağıq".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu