“Həmin o “qarpızlardır” ki...”

08:28 21-08-2021 | icon 296 | Qarabağ
“Həmin o “qarpızlardır” ki...”

Şair Ramaldanov: “...Ermənistan o haqq yolundan döndü və indi də yolunu tapa bilmir”

 

Ermənilərin “Yenilməz erməni ordu”, “Qəhrəman erməni əsgəri”, “Görkəmli erməni sərkərdələri”, “Azərbaycanlılar döyüşə bilmir” cəfəng mif yaratmaq istəkləri Azərbaycan ordusunun rəşadəti nəticəsində məhv edildi. Bu istiqamətdə səslənən fikirlərin yüksək tribunadan, qalib ölkənin qalib Ali Baş Komandanı tərəfindən qeyd olunması xüsusilə diqqət çəkir.

 

Versus.Az xəbər verir ki, mövzuyla bağlı açıqlama verən hərbi ekspert Şair Ramaldanov hesab edir ki, vəziyyəti real qiymətləndirib kompleks şəkildə nəticə çıxara bilən hər kəs bilir ki, 44 günlük müharibə erməni mifini məhv edib və Prezidentin bu məsələ ilə bağlı önə çəkdiyi fikirlər qonşu dövlətlərə növbəti xəbərdarlıq mesajıdır.

 

“Həyat göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Göründü ki, Azərbaycanın Ali Baş Komandanı kimdir, Ermənistanın ali komandanı kimdir. Biz bunu müharibədə və bundan da əvvəl Prezidentin Ermənistan rəsmiləri ilə təşkil olunan görüşü zamanı etdiyi çıxışında və verdiyi cavablarda da gördük”.

 

Ekspert hesab edir ki, ermənilər indiyə kimi özlərinə ona görə yalan miflər yaradırdılar ki, havadarları onlara müəyyən şəkildə toxunulmaz bir qurum, cəmiyyət kimi əminlik verirdi. Bu əminlik Ermənistanın özündən gəlmirdi. Ermənistan qarşısında dayanan güclü, daim inkişaf edən, ordusunu gücləndirən, iqtisadi potensialını yüksəldən, enerji imkanları, insan resursu ilə də qat-qat üstün olan Azərbaycanla təkbətək bacara bilməzdi:

 

“Müəyyən qüvvələr ermənilərin qoltuğuna “qarpız” vermişdilər.  Həmin o “qarpızlardır” ki, Ermənistanı o haqq yolundan döndərdi və yolunu azdırdı. Müharibənin sonu Ermənistanın məğlubiyyəti ilə nəticələndi və erməni əsgərinin, generalının, xüsusi döyüş qabiliyyəti ilə bağlı deyilən bütün sözlərin boş olduğu göründü. Müharibə aparmaq üçün əsgəri təmin etmək lazımdır. Onu Azərbaycan əsgərində olduğu kimi, müasir silahlarla silahlandırmaq lazımdır. Onun döyüş hazırlığını daim yüksəltmək lazımdır. Əsgər silahlananda, döyüş ruhu olanda əsgər olur. Bu gün müasir silahlarla silahlanan Azərbaycanı 30-50 ilin köhnə silahları ilə silahlanan Ermənistanla heç cür müqayisə etmək olmaz. Erməni generalları həmin o köhnə silahlarla vuruşurdular. Ancaq Azərbaycan generalları yeni nəsl silahları necə məharətlə istifadə etdiklərini döyüşdə göstərdi. Əlbəttə bizim generalların baxışı ilə erməni generalların da baxışı eyni ola bilməz. Ali Baş Komandan ermənilərin Azərbaycan əsgərlərini hansı istiqamətdə gözlədiyini bilirdi və döyüş zamanı başqa istiqamət seçdi. Azərbaycan ordusunun qısa zamanda Şuşanı azad etməsi onlara tutarlı cavab oldu. Bununla da bütün miflər dağıldı”.

 

Ş.Ramaldanov bildirdi ki, Azərbaycan ordusu müasir baxışı, vətənpərvər ruhu ilə döyüşüdü. Azərbaycan əsgəri bilirdi ki, o öz torpağı uğrunda döyüşür, bilir ki, işi haqqdır:

 

“Azərbaycan əsgəri ta uşaq vaxtından bayraq əlində “Qarabağ Azərbaycan torpağıdır” və “Qarabağı azad edəcəyik” deyə o ruhla böyüyüb. Ermənistan əsgəri isə bilir ki, o işğal olunan ərazilərdə vuruşur. Erməni əsgərinin valideynləri qorxur ki, oğlu böyüyəcək və onu işğal etdikləri ərazilərə xidmətə göndərəcəklər. Bu gün də erməni xalqı sülhə köklənib, bunlar öz uşaqlarını döyüşə göndərmək istəmirlər. Ancaq yenə də ermənilərə təzyiq edən qüvvələr buna mane olurlar. Sərhədlərdə ermənilərin atəş səsləri eşidilir. Sülh müqaviləsi yaxınlaşdıqca, o atəş səsləri çoxalır. Prezident Azərbaycan əsgərinin, xalqının, generalının, ordusunun nəyə qadir olduğunu bir daha öz çıxışında vurğuladı. Bəyan elədi ki, Ermənistan kimi dövlətin əsgəri, generalı məhz bu cür məğlub formada ola bilər. Prezident özü erməni hərbçilələrinə qiymət verdi. Bu gün Ermənistanın silahlı qüvvəllərinin hərbi hissələrində, Müdafiə Nazirliyində olan acınacaqlı vəziyyəti görürük. Azərbaycan isə öz torpaqlarını azad edib və bu gün də Dəmir Yumruğunu möhkəmləndirir və hər bir vəziyyətə hazır olduğunu bəyan edir”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”