"Çalışırlar ki, 10 noyabr Bəyanatı həyata keçməsin"

07:22 23-08-2021 | icon 244 | Siyasət
"Çalışırlar ki, 10 noyabr Bəyanatı həyata keçməsin"

Fuad Əliyev: "Rusiya sülhməranlılarının qalıb-qalmaması məsələsi Milli Məclisdə müzakirə edilməlidir"

 

"Lavrovun bu bəyanatı təxribat xarakterli bir bəyanatdır. Hesab edirəm ki, bu bəyanat cavabsız qalmamalıdır. Bizim Xarici İşlər Nazirliyi dərhal buna cavab verməliyidi. Hikmət Haciyev çıxıb Rusiya tərəfindən buna aydınlıq qətirilməsini tələb etməliyidi. Rusiyanın Azərbaycanda səfiri XİN-ə dəvət olunub ona nota verilməliyidi. Təssüf ki, bu olmadı".

 
 
Versus.Az xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Lavrovun iş adamlarına Qarabağa yatırım edilməsilə bağlı təklifi və Rusiyanın Ermənistandakı səfirinin Azərbaycan-Ermənistan sərhədinə səfəri ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
 
 
 
 

Rusiyada ermənipərəst qüvvələrin çox olduğunu vurğulayan partiya sədri qeyd edib ki, istər mətbuatda, istərsə də hakimiyyət daxilində bu qüvvələr var və çalışırlar ki, 10 noyabr Bəyanatı həyata keçməsin:

 

"Amma mən hesab edirəm ki, Putin öz imzasına hörmət edəndir və imzaladığı 10 noyabr Bəyanatında olan bütün bəndlər həyata keçəcək. Bizim vətəndaşlarımızın Rusiya sülhməramlılarının Azərbaycanda daima qala biləcəyi narahatlığını gəlincə, mən bu fikirlərlə razı deyiləm. Bundan qabaq da qeyd etdiyim kimi, bizim vətəndaşlarımız azad olunan torpaqlara qayıdandan sonra Rusiya sülhməramlıların orada qalmasına ehtiyac qalmayacaq. Orada heç erməni də qalmayacaq. Baxın, bu ilin yanvar ayından başlayarkən 50 min ermənini ora məcburən köçürdülər. İndi isə son statistikaya görə, orada 25 min erməni qalıb. Bir daha qeyd edirəm ki, bizim vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdandan sonra heç bu 25 min erməni də qalmayacaq".

 
Rusiya sülhməranlılarının son dövrdə mandatdan kənar fəaliyyətinin göz qabağında olduğunu qeyd edən Fuad Əliyev hesab edir ki, onların burda qalıb-qalmaması məsələsi Milli Məclisdə müzakirə edilməlidir:
 
 
"Mən isə hesab edirəm ki, onlar mandatdan kənar fəaliyyətlərə görə Azərbaycandan çıxmalıdırlar".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu