DİN və Baş Prokurorluqdan birgə ƏMƏLİYYAT

13:53 23-08-2021 | icon 463 | Gündəm
DİN və Baş Prokurorluqdan birgə ƏMƏLİYYAT

Saxta COVID-19 pasportu satanlar aşkarlandı

 

Daxil olan məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub. 

 

Versus.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

 

Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü.Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.

 

Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim olunub. 

 

Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, “961” nömrəli “Çağrı Mərkəzi”, “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

 

Qeyd edək ki, ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”