Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin SAYI

13:57 23-08-2021 | icon 106 | Təhsil
Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin SAYI

Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 904 uşaq üçün elektron sorğu yerləşdirilib.

 

BŞTİ-dən Versus.Az-a verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.

 

 

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olan uşaqlar cəlb olunurlar.

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

 

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək