Məleykə Abbaszadədən XƏBƏRDARLIQ

15:41 23-08-2021 | icon 137 | Təhsil
Məleykə Abbaszadədən XƏBƏRDARLIQ

"III qrupda müsabiqə balları yüksək olacaq"

 

Bu il III ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı açıqlanıb. 

 

Versus.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib. 

 

Onun sözlərinə görə, bu il III ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 617 nəfər təşkil edib:

 

“Keçən il isə 555 nəfər 600-dən yuxarı bal toplamışdı”.

 

O bildirib ki, bu il III qrupda müsabiqə balları yüksək olacaq: 

 

“Bu il 500 baldan yuxarı nəticə göstərənlərin sayı 2 864 nəfərdir. Ötən il isə bu rəqəm 2 714 idi.

 

Bu il 16 567 nəfər 150 bal toplayıb, ötən il isə bu 17 964 idi. Burada müsabiqə vəziyyəti gərgin olacaq. III ixtisas qrupunda dövlət sifarişli yerlərdə keçid ballarının artacağı güman edilir. Amma özəl ali məktəblərdə keçid balları dəyişməyə bilər”.

 

M.Abbaszadə qeyd edib ki, bu il III ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı ötən ilə nisbətən daha çoxdur. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək