“Şirniyyatların içərsinə narkotik maddə qatırlar” – “Patı” necə yayılır?

16:00 23-08-2021 | icon 170 | Cəmiyyət
“Şirniyyatların içərsinə narkotik maddə qatırlar” – “Patı” necə yayılır?
 
Son zamanlar cəmiyyətin müxtəlif təbəqələri arasında "patı" adlanan narkotik vasitədən istifadənin geniş yayılmasının şahidi oluruq. Təsadüfi deyil ki, hər gün polis əməkdaşları tərəfindən bu məhsulun satışı və istifadəsi ilə məşğul olan şəxslər saxlanılır.


Ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan "şüşə-patı" adlı məhsulu qadınlar arıqlamaq üçün vasitə kimi də istifadə edirlər.


Maraqlıdır, cəmiyyəti məhvə sürükləyən bu məhsulun yayılmasının qarşısının alınması üçün daha hansı addımlar atılmalıdır? İnsanlarda patı asılılığı hansı səbəblə yaranır?


Versus.az xəbər verir ki, mövzu ilə bağlı danışan deputat Naqif Həmzəyev patı və digər narkotik vasitələrin yayılmasında xarici qüvvəələrin maraqlı olduğunu bildirib:

"İstənilən narkotik vasitənin yayılması çox pis haldır. Əvvəllər narkotikanı xaricdən çətin üsulla əldə edirdilərsə, indi təəssüflər olsun ki, bu cür sintetik vasitələrin hazırlanması üçün hətta internetdə də videolar yerləşdirilib. Cəmiyyəti məhv edib, pis vəziyyətə salmaq istəyən qüvvələr bu cür maddələri xüsusilə azyaşlılar, gənclər və qadınlar arasında yayır. Satdıqları məhsulun qiyməti isə çox ucuz olur, ya da sırf insanları zəhərləmək üçün məhsulu pulsuz da təqdim edirlər. Yəni, cəmiyyətdə narkotik asılılığın yaranmasını istəyən xarici qüvvələr müxtəlif növ şirniyyatların və arıqlama dərmanlarının içərsinə narkotik maddə əlavə edib asılılıq yaradırlar”.

Deputat narkotik vasitələrin qarşısının alınması üçün cəmiyyətin bütünlüklə birgə mübarizə aparmalı olduğunu deyib:

"Ümumilikdə bu terroru yayan şəxslər araşdırılmalı, təbliğat aparılmalıdır. Yalnız Daxili İşlər Nazirliyindən gözləmək lazım deyil ki, bu problemi həll etsin. Valideynlər xüsusilə diqqətli olmalıdır. Öz millətini sevən heç kim cəmiyyətin məhvinə yönələn belə addım atmaz. Patının yayılmasında Azərbaycanın gələcəyini məhv etməyə niyyətli xarici qüvvələr maraqlıdır. Onlar bəzən pulsuz olaraq bu məhsulları yayaraq cinayətkarların sayını artırırlar. Onlar artıq şəbəkə formalaşdırıb uşaqları, gələcəyin analarını məhv edirlər".

Problemdən çıxış yolları barədə danışan psixoloq Aytən Ələkbərova narktoik vasitələrdən istifadənin dərketmə anlayışından uzaq olduğunu deyib:

"Bəzən insanlar ətrafa, eləcə də özünə ziyan vuran hərəkətləri dərk etmədən edir. Artıq bunu dərk etdikdə isə zövq məsələsi üçün hətta bütün mal, mülklərindən keçirlər. Bu onun göstərcisidir ki, insanda beyin xəstəliyi var. Biz doğulduqda o zərərli vərdişlər bizimlə birgə dünyaya gəlmir. Ziyanlı vərdişlər yaşam boyu formalaşır və asılılığa çevrilir. Bu vəziyyətdə isə fərqinə varmırıq ki, günlərimiz boşuna gedir. Narkotika aludəçiləri hərdən elə düşünür ki, onlar asılı deyil və istədikləri vaxt bunu tərgidə bilərlər. Lakin vəziyyət heç də belə olmur, çünki asılılıq asanla yoxa çıxmır".

Mütəxəssis narkotika asılılığının qarşısının alınması üçün psixoloq köməyinin olmasının vacibliyini vurğulayıb:

"Bundan başqa qadınların da kilo atmaq üçün patı istifadə etməsi ilə qarşılaşırıq. Bunun da səbəbi ətrafdakı şəxslərin qadınlarda çəki ilə bağlı gərginlik yaratmasındadır. Yəni, qadın məcbur qalıb patı istifadə edir və artıq bu vasitədən istifadə etmədikdə kökəldiyini düşünür. İnsanın bioloji imkanları daxilində patıdan istifadə həzz duyğusuna çevrilir. Zərərli vərdişdən xilas psixoloqun köməyi ilə mümkündür. Yəni, zərərli vərdişdən uzaqlaşmaq üçün ilk növbədə onun insana maddi və mənəvi vurduğu ziyanlar hesablanmalı, sağlıqlı toksinlər ötürülməlidir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu