"Bu, təxribatdır"

09:14 24-08-2021 | icon 200 | Siyasət
"Bu, təxribatdır"

Fuad Əliyev: "İndiki vaxtda belə təkliflərin verilməsi çox ziyanlıdır"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News TV-nın qonağı olub.

 

Versus.Az xəbər verir ki, verlişdə son vaxtlar müzakirə olunan məsələlər, o cümlədən, ermənilərin Azərbaycana qayıdışı məsələsi müzakirə olunub.

 

ALDP sədri bildirib ki, bir neçə il bundan qabaq Azərbaycan və Ermənistan QHT-ləri tərəfindən yaranan "Sülh platforması" belə səfərləri təşkil edirdi:

 

"Amma bu səfərlər birtərəfli idi. Yəni ki, vaxtilə Azərbaycanda yaşayan erməniləri gətirirdilər Bakıya, onları gəzdirirdilər, bahalı restoranlara aparıb qonaqlıq verirdilər, ölən yaxınları yad etmək üçün qəbirsanlığa aparırdılar və bəlkə də yola salanda ciblərinə pul da qoyurdular. Ermənilər isə yaxınların qəbirlərini səliqəli, təmiz, gül-çiçəklə görəndə, deyirdilər ki, nə yaxşı ki, çox qəbirlər 20 ildən sonra bu vəziyyətdə qalıb. Mən dəfələrlə buna görə öz etirazımı bildirmişəm. Niyə bu "Sülh platforması" bir tərəfli işləyir? Niyə vaxtilə Ermənistanda yaşayan azərbaycanlıların səfərləri təşkil olunmur?"

 

Fuad Əliyev qeyd edib ki, ermənilər üçün belə səfərlər təşkil olunur, onları polis goruyur, amma azərbaycanlı öz ölkəsində yaxınını istədiyi kimi ziyarət edə bilmir:

 

"Məsələn, mən öz yaxınlarımı yad etmək üçün Nardarana gedə bilmirəm. Nardaran bu günə qədər polis tərəfindən blokadaya salınıb. Ora gedib-gələnləri yoxlayırlar. Bir neçə dəfə olub ki, mən yaxınlarımı ziyyarət etmək üçün Nardarana getmişəm, amma buraxmayıblar. Sual verirəm niyə?"

 

Son vaxtlar "Sülh platforması"nın yenidən fəallaşması və ermənilərin səfərlərinin təşkil olunması kimi yayılan fikirlərə gəlincə, partiya sədri vurğulayıb ki, Azərbaycanda statistikaya görə 30 minə yaxın erməni yaşayır:

 

"Heç kim onlara bir sözdə demir. Bəli, Vətən müharibəsi qələbəmizlə bitib. Amma buna baxmayaraq, Azərbaycan-Ermənistan sərhədində ermənilər atəşkəi pozur. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Şuşa, Kəlbəcər istiqamətdə atışmalar olur. İndi bu iki-üç erməninin Azərbaycana səfərərinin təşkili nə məqsəd güdür? Hesab edirəm ki, bu təxribatdır".

 

F.Əliyev hesab edir ki, indiki vaxtda belə təkliflərin verilməsi çox ziyanlıdır. Onun sözlərinə görə, ümumiyyətlə Azərbayan-Ermənistan "Sülh platforması" faydası olmayan, ziyanlı bir layihədir:

 

"Əgər bunun Azərbaycan tərəfi erməniləri belə çox istəyir, onda aparsınlar azad olunan torpaqları göstərsinlər. Ağdam və digər dağıdılan şəhər və rayonları göstərsinlər. Səfər etmək istəyən ermənilərə viran qoyduqları yerləri göstərmək lazımdır. Qoy görsünlər. Görək nə deyəcəklər. Gəlib yaxınların səliqəli, təmiz olan qəbirlərini görüb, bizi tərifləyirlər. Mənə onların tərif sözləri lazım deyil, mənə lazımdır ki, bu ermənilər erməni vandalizmini görüb, bunu etiraf etsinlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

QAZİ ŞİKAYƏTİ: “Xahiş edirəm, bu insanlar haqqında bir tədbir görülsün”

Portuqaliya çempionatında qol hesabını açdı