YAP-ın susqun deputatları - onlar hakimiyyəti niyə müdafiə etmir?

09:46 24-08-2021 | icon 94 | Siyasət
YAP-ın susqun deputatları - onlar hakimiyyəti niyə müdafiə etmir?

“Təbliğatın, xalqla əlaqənin yüksək səviyyədə olmasına cavabdeh vəzifəli şəxslər bu işi qurmaq barədə deyil,  daha çox öz kreslolarını itirməmək barədə düşünürlər”

Hakim Yeni Azərbaycan Partiyasının çox geniş resurslarının olduğu bəllidir. YAP-ın ən ciddi resurslarından biri Milli Məclisdə deputatlarının sayının çox olmasıdır. Partiyanın parlamentdə deputat sayı çox böyükdür, amma hökumətin gördüyü işlərin təqdimatından onların fəaliyyəti, təbliğatı çox zəifdir. Ölkə başçısı səhnədə və kameralar qarşısında olanda ictimai əhval müsbətə doğru dəyişir, ictimai rəy hakimiyyətin xeyrinə yüksəlir. Prezident çıxışlarına bir qədər ara verən kimi, 3-5 müxalif “qırğı” hakimiyyətin və Prezidentin gördüyü işləri qaralayır, gözdən salmağa çalışır. Bu ideoloji müharibədə 5-6 deputatı çıxmaqla, kimsə onlarla döyüşmür, tələblərə cavab vermir. O zaman o sayda deputatı Milli Məclisə niyə gətirirdilər? Deputat istənilən siyasi qüvvənin-müxalifətin, iqtidarın danışan dilidir. Amma əksər hallarda iqtidar deputatlarının çoxu danışanda vəziyyət hökumətin xeyrindən çox ziyanına dəyişir. Bəs bu vəziyyəti və Milli Məclisin tərkibini dəyişmək haqda iqtidar nə düşünür və düşünməlidirmi?

Hakimiyyətyönlü Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Versus.az-a açıqlamasında bildirib ki, hakimiyyətin ilk növbədə 44 günlük müharibə və ondan sonra yaranmış vəziyyətlə bağlı mövqeyinin xalqa çatdırılmasında ciddi problemlər mövcuddur: “Əsas çətinlik ondan ibarətdir ki, dövlət başçısı hər şeyi açıq şəkildə demək imkanına malik deyil. Bu təbiidir. Çünki bu,  xalqın və dövlətin maraqlarını gözləmək, dünya siyasətini və mövcud reallıqları dərindən bilmək, tutduğu yüksək dövlət vəzifəsinin məsuliyyətini daim hiss etmək və s. amillərlə bağlıdır. Müxalifətin isə belə bir ”dərdi" yoxdur. Əsas odur ki, onların dedikləri “dərin” fikirlər “xal” gətirsin, hazırlıqsız kütlənin xoşuna gəlsin, ona “oğulsan” deyənlərin və rəqibləri küçə söyüşləri ilə söyənlərin sayı durmadan artsın.

Şübhəsiz ki, bizim-hakimiyyəti təmsil edən və dəstəkləyən siyasilərin əsas çətinliyi təkcə bununla bağlı deyil. Bu gün bu mövqeni müdafiə etmək yüksək hazırlıq, ciddi mütaliə tələb edir. Əks mövqedə durmaq, hakimiyyəti “inandırıcı” tərzdə tənqid etmək  üçün nə mütaliəyə, nə savada ehtiyac yoxdur. Bazarda xırda ticarətlə məşğul olan bir həmvətənimizin öz həmkarları qarşısında az qala hər gün səsləndirdiyi fikirləri oğurlayıb, ondan bir az aşağı səviyyədə söyləmək kifayətdir ki, “böyük siyasətçi” titulunu qazanasan və “xalqın nəzərində” avtoritetə çevriləsən. Ancaq dövlətçilik mövqeyində dayanmaq üçün hər gün ən azı 8-10 saat mütaliə etməli, öz üzərində işləməlisən. Azərbaycanda nə qədər siyasətçinin buna həvəsi və ciddi mətnləri öyrənmək potensialı var? Belə potensialı olanların içərisində yüksək natiqlik qabiliyyəti olan neçə nəfər var? Onların içərisindən nə qədəri özünü bu mübarizəyə atmaq, küçə söyüşlərinə və təhqirlərə qarşı dayanmaq dəyanətinə malikdir? Təəssüf ki, belələrinin sayı barmaqla sayılacaq qədər son dərəcədə azdır".

 

Partiya sədri fikrinin davamı olaraq qeyd etdi ki, burada ikinci mühüm məqam ortaya çıxır: “Sayı onsuz da az olan bu dəyərli insanların hakimiyyət strukturları ilə əlaqə saxlamaq, onlardan vaxtında zəruri məlumatları almaq imkanı varmı? Müvafiq qurumlar Prezidentin mövqeyini xalqa çatdırmaq, onunla çiyin-çiyinə mübarizə aparmaq istəyən insanlara kömək göstərmək barədə düşünürlərmi? Dövlət və hakimiyyətə yaxın televiziya kanallarına rəhbərlik edənlərin təbliğatı yüksək səviyyədə qurmaq, bütün potensialı bu işə cəlb etmək kimi bir dərdi varmı? (Yeni Müsavat)

 

Versus.az

Təəssüf ki, bu suallara təsdiqləyici cavab vermək qeyri-mümkündür, təbliğatın, xalqla əlaqənin yüksək səviyyədə olmasına cavabdeh vəzifəli şəxslər bu işi qurmaq barədə deyil,  daha çox öz kreslolarını itirməmək barədə düşünürlər. Bunun yolu isə çox sadədir: nə qədər faydalı olsa da fərqli fikir söyləyənləri yaxına buraxma, meydanı çox vaxt mənasız, ictimai rəyə heç bir təsiri olmayan, ancaq “xatasız” fikirlər söyləyənlərə ver və kresloda rahat otur, ictimai rəyi şikəst edən “liderlərin” Prezidentə qarşı açdığı cəbhəni, xalqın hər gün aldadıldığını, çaşdırıldığını qətiyyən özünə dərd eləmə".

 

A.Səmədov vurğuladı ki, yuxarıda qeyd etdiyi problemlər həll edilməyincə, Milli Məclisin tərkibinin dəyişilməsi də ciddi nəticə verməyəcək: “Ona görə də ilk növbədə hakimiyyətin mövqeyinin xalqa çatdırılmasına, xalqla əlaqələrə cavabdeh olan vəzifəli şəxslər iş üslublarını dəyişməlidir, ya da onlar dəyişməlidir. Yalnız həm parlamentdə, həm də kənarda olan siyasətçilərə düzgün qiymət veriləcəyi, onlara zəruri yardım göstəriləcəyi təqdirdə təbliğatı yüksək səviyyədə qurmaq, Prezidentə real yardım etmək mümkündür. Əks halda, yenə də bütün ağırlıq dövlət başçısının üzərində qalacaq”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

İki rayona yeni icra başçısı təyin edildi

Ramin Bayramlı istefa verdi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi