Taliblər Əfqanıstanı idarə etmək üçün şura yaradır

10:10 24-08-2021 | icon 121 | Dünya
Taliblər Əfqanıstanı idarə etmək üçün şura yaradır

“Taliban” Əfqanıstana nəzarət etmək üçün 12 nəfərdən ibarət şura yaratmaq niyyətindədir.

 

Bu barədə “Foreign Policy” məlumat yayıb.

 

Bildirilir ki, yeni adminstrasiyanın “beynəlxalq ictimaiyyətə məqbul” görünməsi üçün şuranın tərkibinə bəzi “keçmiş hökumət üzvləri” də daxil olacaq.

 

Qəzetin yazdığına görə, şuraya “ən nüfuzlu üç şəxs” – taliblərin siyasi qanadının lideri Əbdül Qəni Baradar, “Taliban”ın qurucusunun oğlu Məhəmməd Yakub və “Taliban”la əlaqəli “Haqqani Şəbəkəsi”nin yüksək vəzifəli şəxsi Xəlil Haqqani daxil olacaq. Nəşr qeyd edir ki, Haqqani Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən qara siyahıya salınıb.

 

Qeyd edək ki, “Taliban” 15 avqust 2021-ci ildə Kabili tutub. Onlar Əfqanıstanı azad etdiklərini bildiriblər və apardıqları müharibəni bitmiş hesab ediblər. Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədən qaçıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu