“Yeni Klinika”da vaksin olunmaq istəyənlərin NƏZƏRİNƏ

09:53 26-08-2021 | icon 27 | Sağlamlıq
“Yeni Klinika”da vaksin olunmaq istəyənlərin NƏZƏRİNƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Yeni Klinika” tibb mərkəzində vaksin olunmaq istəyən vətəndaşlarla bağlı məlumat yayıb.

 

Versus.Az xəbər verir ki, məlumatda deyilir:

 

"COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin surətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb.

Son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq 26.08.2021-ci il tarixdən etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcəkdir.

26.08.2021-ci il tarixdən rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə "Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (Coronovac və Pfizer) növbə götürə bilərsiniz.

Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək